Accessibility links

Rusiya ABŞ-ın raket sınağını tənqid edib


Rusiya çərşənbə axşamı Birləşmiş Ştatları yer-yer raketi sınadığına görə tənqid edib. Üç həftə öncə bu raket iki ölkə arasında mövcud olan silah sazişi altında qadağan idi.

“Aydındır ki, Birləşmiş Ştatlar hərbi gərginliyi artırmaq kursunu seçib” - deyə, dövlət TASS xəbər agentliyinin bildirdiyinə görə, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Rıbakov deyib.

Rıbakov bildirib ki, Rusiya “bahalı silah yarışına” qoşulmayacaq.

Bazar günü Kaliforniyanın San Nikolas adasından atılan raket 500 kilometrlik uçuşdan sonra 'dəqiq şəkildə hədəfini vurub'.

O bu sözləri Pentaqon sınağı elan etdikdən sonra söyləyib.

“Bazar günü Kaliforniyanın San Nikolas adasından atılan raket 500 kilometrlik uçuşdan sonra 'dəqiq şəkildə hədəfini vurub'", Pentaqon bazar ertəsi bildirib.

“Bu sınaqdan sonra əldə edilən məlumatlar və çıxarılan nəticələr Müdafiə Nazirliyini gələcək orta-mənzilli raketlərin imkanları barədə məlumatlandıracaq”, o əlavə edib.

Birləşmiş Ştatlar daha öncə Rusiya ilə onillər öncə əldə etdiyi Orta-Mənzilli Nüvə Qüvvələri Razılığı altında 500-5000 kilometr məsafə qət edə bilən yer-yer raketləri sınaqdan keçirə bilmirdi.

Vaşinqton Rusiyanın sazişi pozduğunu səbəb göstərərək, avqustun 2-də həmin razılıqdan geri çəkilib.

Pentaqon kruiz raketinin nüvə silahı deyil, adi silah daşımaq üçün hazırlandığını bildirib.

ABŞ-ın yeni müdafiə naziri Mark Esper deyib ki, əgər ABŞ ordusu tam fəaliyyətli mobil yer-yer kruiz raketi sistemi inkişaf etdirsə, o, bu raketlərin Asiyaya raketlərin göndərilməsini istəyir.

Mark Esper
Mark Esper

Bu ay müdafiə naziri kimi ilk beynəlxalq səfəri zamanı müxbirlərlə danışan Esper deyib ki, bu silahlar Hind-Sakit Okean regionundakı “böyük məsafələr” səbəbilə mühümdür.

O, silahlar hazır olmayanadək raketlərin Asiyanın hansı bölgəsinə göndəriləcəyini söyləməyi rədd edib, lakin bunun yaxın aylarda baş verəcəyinə dair ümidini ifadə edib.

Təhlilçilər diqqəti daha çox ABŞ-ın Orta-Mənzillir Nüvə Silahları Razılığından geri çəkilməsinin Rusiya və ABŞ-a təsirlərinə yönəltsə də, bu dəyişiklik Birləşmiş Ştatatlara Çinə qarşı mövqeyini göcləndirməyə imkan yaradır.

Esper deyib ki, Çinin raket inventarının 80 faizi 500-5000 kilometr məsafə qət edə bilən raketlərdən ibarətdir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG