Accessibility links

ABŞ və Rusiyanın yüksək səviyyəli diplomatları Arktika Şurası toplantısında görüşüb


ABŞ dövlət katibi Antoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov
ABŞ dövlət katibi Antoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Cümə axşamı İslandiyanın Reykyavik şəhərində Arktika Şurasının keçirdiyi nazirlər toplantısının əsas mövzusu iqlim dəyişikliyi və Arktika dövlətləri arasındakı əməkdaşlıqdır.

"Şuranın vasitəsi ilə iqlim böhranının həlli və Arktika bölgəsində sülhün qorunmasında beynəlxalq əməkdaşlığımıza dəyər veririk" - deyə, ABŞ Dövlət katibi Antoni Blinken cümə axşamı yığıncaqdan əvvəl bildirib.

Həftənin əvvəlində Blinken beynəlxalq ictimaiyyəti Arktikanı hərbiləşdirməkdən çəkindirməyə çağırıb və Rusiyanın bölgədə “qanunsuz olaraq dəniz iddialarını” irəlilətdiyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftə deyib ki, Qərb ölkələrinin Arktikaya dair heç bir hüquqi tələbi olmamalıdır. O, Arktika sahillərinin təhlükəsizliyini təmin etməkdə Rusiyanın özünün məsuliyyət daşıdığını deyib.

Arktika mübahisəsi Rusiyanın Arktikadakı şimal sahillərindən keçən, Şimal Dəniz Yolu adlanan nəqliyyat zolağı üzərindədir. Rusiya Şimal Dəniz Yolunu iqtisadi və hərbi maraqları üçün çox vacib hesab edir və xarici gəmilərdən oradan keçmək üçün Moskvadan icazə almalarını tələb edir. Amerika Birləşmiş Ştatları isə Rusiyanın marşrutun bəzi hissələrinə dair yurisdiksiyası iddialarının qanunsuz olduğunu deyir.

Arktika Şurasına sədrliyi öz üzərinə götürən Rusiya yerli iqtisadiyyatın davamlı inkişafı, yerli mədəniyyətlər və dillərin təşviqini qarşısına məqsəd qoyub.

Arktika Şurasının toplantısı çərçivəsində çərşənbə günü əsas diqqət Blinkenlə Lavrov arasındakı görüşə yetirilib.

Blinken ABŞ-ın Rusiya ilə birlikdə iki ölkənin "maraqlarının kəsişdiyi" sahələri inkişaf etdirməyə hazır olduğunu bildirib. Eyni zamanda o, ABŞ-ın maraqlarını qorumağa, Moskvanın Vaşinqtona və müttəfiqlərinə qarşı aqressiv davranacağı təqdirdə cavab verməyə hazır olduğunu da deyib.

Bu, ABŞ və Rusiya diplomatları arasında ilk yüksək səviyyəli üzbəüz görüş olub və ölkələr arasındakı gərginliyin artdığı bir vaxta təsadüf edib. Bu həm də ABŞ prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasında gələn ay planlaşdırılan zirvə görüşü üçün zəmin yaradıb.

Blinken və Lavrov arasındakı görüş gözləniləndən daha uzun, təxminən bir saat 45 dəqiqə davam edib.

“Dövlət katibi Rusiyanın Amerika vətəndaşları Pol Vilan və Trevor Ridi evlərinə, ailələrinə dönə bilməsi üçün sərbəst buraxmalı olduğunu deyib” - deyə, Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Prays həmçinin deyib ki, Blinken Rusiyanın Ukrayna və yaxınlığına davamlı olaraq hərbi qüvvə yerləşdirməsi, Rusiyanın həbsdə olan müxalifət lideri Aleksey Navalnının səhhəti və müxalifət təşkilatlara qarşı repressiyalar barədə “dərin narahatlığını” ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG