Accessibility links

ABŞ-dan sonra Rusiya da açıq səma müqaviləsindən çıxır


Rusiya keçən il ABŞ-ın beynəlxalq Açıq Səma Müqaviləsindən çıxmasından sonra razılaşmadan çıxma prossesini başlatdığını açıqlayıb. Müqavilə üzv ölkələrinə iştirakçı dövlətlər üzərində silahsız hava nəzarəti uçuşlarına imkan verir.

Xarici İşlər Nazirliyi 15 yanvar tarixli açıqlamasında bildirir ki, ABŞ-ın müqavilədən çıxması "üzv dövlətlərin güc maraqları balansını əhəmiyyətli dərəcədə dəyişdirdi" və Vaşinqtonun müttəfiqləri Rusiyanın razılığı ayaqda saxlamaq səylərini dəyərləndirilmədi.

"Bu vəziyyətdə müqavilənin fəaliyyətinə əngəl olan maneələrin aradan qaldırılması səylərində irəliləyişin olmadığını nəzərə alaraq, Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Açıq Səma Müqaviləsindən çıxmasına yol açmaq üçün daxili prosedurların başlandığını elan etmək hüququna malikdir" deyə nazirlik bildirir.

ABŞ Moskvanın dəfələrlə müqavilə şərtlərini pozduğunu deməsindən sonra rəsmi olaraq 22 noyabrda tarixində müqavilədən çıxdığını elan edib.

O zaman Moskva qərarı qınayaraq, bunun Avropanın, ABŞ-ın və müttəfiqlərinin təhlükəsizliyinə zərər olduğunu bildirmişdi.

Açıq Səma Müqaviləsi 1992-ci ildə imzalanıb və 2002-ci ildə qüvvəyə minib. Müqavilə 34 üzvə hərbi qüvvələr və fəaliyyətlər haqqında məlumat toplamaq üçün bir-birinin əraziləri üzərində qısa müddətli, silahsız müşahidə və nəzarət uçuşları həyata keçirməyə imkanı verir. Razılaşmaya əsasən 1500-dən çox uçuş həyata keçirilib.

Müqavilə tərəfdaşları bildirir ki, bu uçuşlar düşmənlərin gizli şəkildə qüvvələr yerləşdirməməsinə və ya hücumlara başlamağa hazırlaşmadığına dair inam yaradırdı.

XS
SM
MD
LG