Accessibility links

Rusiya ABŞ ilə hipersonik raketlər mövzusunda danışıqlara hazır olduğunu bildirir


Rusiya strateji sabitlik barədə geniş müzakirələr çərçivəsində ABŞ ilə hipersonik raketlər və digər silahlara nəzarət məsələlərini müzakirə etməyə hazırdır. Bu barədə çərşənbə axşamı Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bildirib.

Son illər Rusiyanın Qərblə münasibətləri pozulduğu üçün soyuq müharibə dövrünə aid silahlara nəzarət müqavilələri təhlükə altındadır.

2019-cu ilin avqustunda Birləşmiş Ştatlar Rusiyanın sazişin şərtlərinə əməl etmədiyini əsas gətirərək mühim strateji silah razılaşması olan orta məsafəli qısa mənzilli nüvə silahlarının ləğvi haqqında müqavilədən (INF) çıxıb.

Hər iki ölkə müdafiə qabiliyyətlərini genişləndirmək üçün hipersonik raketlər hazırlayır. Rusiya prezidenti Vladimir Putin isə yanvar ayının əvvəlində Krımda sınaqlara nəzarət edib.

Səs sürətindən bir neçə dəfə sürətə uçan və uçuş zamanı idarə oluna bilən bu cür raketlərin digər nəsil raketlərə nisbətən qarşısını almaq daha çətindir. Bəzi ekspertlər onların yerləşdirilməsinin yeni bir nüvə silahı yarışına səbəb ola biləcəyindən ehtiyat edirlər.

Lavrov bir neçə gün əvvəl ondan bir zəng aldıqdan sonra ABŞ dövlət katibi Mayk Pompeo ilə yenidən danışmaq istədiyini bildirib. O, danışıqlar zamanı Pompeonun silahlara nəzarət və strateji sabitlik mövzusunda danışıqların davam etdirilməsi məsələsinə toxunduğunu deyib.

"Amerikalı tərəfdaşlarımızdan bu cür marağı alqışlayırıq, çünki onları uzun müddət bu problemləri daha fəal həll etməyə təşviq etdik" - deyə, Lavrov vurğulayıb.

"Yeni perspektivli inkişaflar, o cümlədən bu kontekstdə hipersonik silahlar barədə danışıqlara hazırıq və mən istisna olmadan strateji sabitliyə təsir edən bütün aspektləri və amilləri nəzərə alaraq bunu xüsusi olaraq vurğulayıram."

Moskva koronavirusun yayılmasından bəri Qərblə əlaqələrin düzəldilməsi üçün addımlar atıb.

Rusiya epidemiya ilə mübarizədə kömək etmək üçün ABŞ və İtaliyaya tibbi ləvazimatlar və avadanlıqlar göndərib. Lavrov Moskvanın rəsmi Vaşinqtonun istəyəcəyi halda daha çox təchizat göndərməyə hazır olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG