Accessibility links

Rusiya ABŞ-la Yeni START müqaviləsi ilə bağlı danışıqlar üçün vaxtın azaldığını bildirir


Rusiya ABŞ-a nüvə silahlarına dair ikitərəfli son müqavilə olan yeni START müqaviləsi ilə bağlı danışıqlar üçün bir tarix göstərmədiyini, lakin vaxt azaldığına görə müzakirələrdə fasilə verilməməli olduğunu bildirib.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov 22 sentyabrda Moskvanın Vaşinqtonun irəli sürdüyü şərtləri nəzərə alaraq, müqavilənin müddətinin uzadılması şansını minimal hesab etdiyini söyləyib.

ABŞ nüvə silahlarına nəzarətə dair hər hansı yeni müqaviləyə bütün döyüş başlıqlarını, daha güclü nəzarət və şəffaflıq tədbirlərini əhatə etməsini, həmçinin Çinin buraya cəlb olunmasını istədiyini bildirib. Lakin Pekin bunu rədd edib.

Ryabkov ABŞ-ın ilkin şərtlərini "ağlasığmaz və cəlbedici elementlərdən məhrum" adlandırıb.

ABŞ prezidentinin silahlara nəzarət üzrə xüsusi elçisi Marşall Billingslea Rusiyanın "Kommersant" qəzetinə deyib ki, Moskva noyabr ayında keçiriləcək ABŞ prezident seçkilərindən əvvəl müqavilənin uzadılmasına dair Vaşinqtonla ortaq razılaşmanı qəbul etməlidir.

"Güman edirəm ki, prezident Donald Tramp yenidən seçilərsə, Rusiya bizim təklifimizi qəbul etmədiyi təqdirdə, müqavilə şərtləri daha da çətinləşəcək", Billingslea bildirib.

Ryabkov bu mövqenin ultimatum olduğunu və müqavilənin uzadılması üçün hər cür razılığın əldə edilmə şansını azaltdığını söyləyib.

Rusiya yeni START müqaviləsini ilkin şərtlər olmadan uzatmağa hazır olduğunu bildirir və mürəkkəb yeni bir müqaviləni yenidən müzakirə etmək üçün kifayət qədər vaxt olmadığı barədə xəbərdarlıq edir.

Yeni START müqaviləsinin müddəti tərəflər onu daha beş il müdətinə uzatmasa, gələn ilin fevral ayında bitir. 2010-cu ildə Rusiya və ABŞ arasında imzalanmış müqavilə iki ölkənin strateji nüvə başlıqlarının sayına məhdudiyyət qoyur.

XS
SM
MD
LG