Accessibility links

Sergey Lavrov Rusiya ilə ABŞ arasında danışıqların yanvar ayında keçiriləcəyini bildirib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı bildirib ki, Rusiya ilə ABŞ arasında Moskvanın NATO-nun Ukrayna da daxil olmaqla, keçmiş Sovet İttifaqı ölkələrində genişlənməsini dayandırması ilə bağlı müzakirələr yanvar ayında keçiriləcək.

"Biz müharibə istəmirik. Biz qarşıdurma yolunu tutmaq istəmirik. Lakin biz zəruri hesab etdiyimiz vasitələrdən istifadə edərək, təhlükəsizliyimizi qətiyyətlə təmin edəcəyik” - seyə, Lavrov Rusiyanın RT televiziya kanalına müsahibəsində bildirib.

Xarici işlər nazirinin açıqlamaları Rusiyanın enerji nəhəngi “Qazprom”un Avropaya təbii qaz tədarükünü məhdudlaşdırmağa davam etdiyi bir vaxta təsadüf edib və bu, Kremlin enerji ixracından siyasi silah kimi istifadə etdiyinə dair yeni ittihamlara səbəb olub.

Lavrov bildirib ki, Rusiya NATO ilə ayrı-ayrılıqda müzakirələr aparacaq, lakin danışıqlar uzanmamalıdır.

"Ümid edirəm ki, müdafiə qabiliyyətimizi təmin etmək üçün atdığımız addımları nəzərə alaraq bizi ciddi qəbul edəcəklər" - deyə, o bildirib.

Ukrayna ilə bağlı geo-siyasi gərginliyin artması fonunda Rusiya keçən həftə ABŞ-a Kremlin tələb etdiyi bir sıra “təhlükəsizlik zəmanətləri”ni, o cümlədən NATO-nun hər hansı genişlənməsinin dayandırılmasını və alyansın 1997-ci ildən əvvəl NATO-nun quru qüvvələrinin olmadığı ölkələrə əlavə qoşun yerləşdirməmək öhdəliyini əks etdirən layihələrini təqdim edib. Buraya bütün NATO üzvləri olan Polşa, Macarıstan, Çexiya və Baltikyanı ölkələr daxildir.

ABŞ və Qərb rəsmiləri Rusiya prezidenti Vladimir Putinin 2014-cü ildə Krımı ilhaq etdiyi və Rusiyanın Ukraynanın şərqindəki Donbass bölgəsinin böyük bir hissəsini ələ keçirmək üçün silahdan istifadəni təkrarlaya biləcəyindən ehtiyat edir. Ağ Ev hesab edir ki, Rusiyanın Ukraynaya potensial işğalının qarşısını almaq üçün yalnız “dörd həftəlik pəncərə” var.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bazar ertəsi Moskvanın Ukraynaya hücum etməyi planlaşdırdığına dair iddiaları rədd edib. Lakin Rusiya rəsmiləri getdikcə daha aqressiv danışır. Çərşənbə axşamı Putin ABŞ və NATO ilə gərginləşən vəziyyət haqqında daha sərt danışıb. O, Moskvada yüksək səviyyəli hərbçilərlə görüşü zamanı deyib ki, əgər NATO Ukraynada aqressiv davranışını dayandırmasa, Rusiya ona “hərbi yolla” cavab verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG