Accessibility links

Rusiya agentlərinin Navalnının zəhərlənməsində rolunu araşdıran üç nəfər saxlanılıb


Rusiya hökuməti hazırda həbsdə olan müxalifət lideri Aleksey Navalnının onun zəhərlənməsində əli olmaqda ittiham etdiyi Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentlərinin şəxsi məlumatlarını qanunsuz əldə etməkdə şübhəli bilinən üç nəfəri nəzarət altına alıb.

TASS xəbər agentliyi və Baza xəbər saytı noyabrın 2-də hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirib ki, özəl istintaq şirkətinin üç işçisi Navalnı və onun tərəfdaşları adından Federal Təhlükəsizlik Xidməti agentlərinin telefon hesablarındakı məlumatları toplayıb.

“Navalnı öz araşdırmalarından birində saxlanılanların əldə etdiyi bəzi məlumatlardan istifadə edib” - deyə, TASS xəbər agentliyi hüquq-mühafizə orqanının nümayəndəsinə istinadən məlumat verib.

Üç şübhəli - Pyotr Katkov, Aleksandr Zelentsov və İqor Zaytsev saxta sənədlər hazırlamaqda və şəxsi həyatın toxunulmazlığı qanununu pozmaqda ittiham olunur.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, çox güman ki, bu üç şübhəli müvəkkilin xəbər agentlikləri ilə birgə zəhərlənməsinə qədər Federal Təhlükəsizlik Xidmətinin agentlərinin hərəkətlərinin müşahidə edilməsi ilə bağlı araşdırmalar aparan Navalnı olduğunu bilmirmiş.

Dekabr ayında araşdırma saytı Bellingcat, The Insider, CNN və Almaniyanın Der Spiegel jurnalının hesabatında Federal Təhlükəsizlik Xidmətinin toksinoloqlar komandası ilə əlaqəsi olan və Navalnının zəhərlənməsinə qədər üç il ərzində növbə ilə onu təqib edən səkkiz nəfərin adı açıqlanıb.

Navalnı keçən il Sibirdə səfərdə olduğu zaman zəhərləndikdən sonra beş ay müalicə aldığı Almaniyadan yanvar ayında qayıdan zaman Moksvada aeroportda həbs edilib. Avropa ölkələrinin laboratoriyaları Navalnının kimyəvi sinir maddəsi ilə zəhərləndiyi haqda qənaətə gəlib.

Fevral ayında Moskva məhkəməsi Navalnının Almaniyada müalicə aldığı zaman bir çoxlarının siyasi motivli olduğuna inandığı əvvəlki mənimsəmə işi ilə bağlı şərti azadlığa dair cəzanı pozduğu haqda qərar çıxarıb. Navalnı hazırda şərti cəzanı pozduğuna görə ona verilən 2 il yarım müddətində həbs cəzasını çəkir.

Navalnı bu cəzanın siyasi motivli olduğunu iddia edir. O, zəhərlənməsinə birbaşa prezident Vladimir Putin tərəfindən sifariş edildiyində təkid edir. Kreml isə bu iddianı təkzib edir.

XS
SM
MD
LG