Accessibility links

Rusiya Aİ-nın səkkiz vətəndaşının ölkəyə daxil olmasına qadağa tətbiq edib


Rusiya Avropa İttifaqının Rusiya vətəndaşların tətbiq etdiyi sanksiyaya cavab olaraq, səkkiz Aİ rəsmisinin ölkəyə daxil olmasına qadağa tətbiq edib.

Rusiya Xarici İşlər Nazirliyi ölkəyə daxil olmaları qadağan olunan insanların arasında Avropa Komissiyasının dəyərlər və şəffaflıq üzrə vitse-prezidenti Vera Jurova, Avropa Parlamentinin prezidenti Deyvid Sassoli və Avropa Şurasının Parlament Assambleyasında Fransanın nümayəndə heyətinin üzve Jak Meir var.

“Avropa İttifaqı Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı qeyri-qanuni, birtərəfli, məhdudlaşdırıcı tədbirlər siyasətini yürütməyə davam edir,” Nazirlik bəyanatında bildirib.

Nazirlik Avropa İttifaqını “açıq şəkildə və qəsdən” Rusiyanın daxili və xarici siyasətinin müstəqilliyinə xələl gətirməkdə ittiham edib.

Sassoli, Komissiyanın prezidenti Ursula von der Leyen və Avropa Şurasının sədri Çarls Mişel yaydıqları ortaq bəyanatda Rusiyanın “qəbuledilməz” əməllərini “ən güclü şəkildə”qınadıqlarını və bunun Moskvanın ittifaqla münaqişə yolunu seçdiyini göstərdiyini bildiriblər.

“Avropa İttifaqı Rusiya rəsmilərinin qərarlarına cavab olaraq müvafiq tədbirlər görmək hüququna malikdir,” onlar bildirib.

Sassoli “Twitter”də bildirib ki, heç bir sanskiya və ya basqı nə parlamenti nə də onun insan haqları, azadlıq və demokratiyanı müdafiə etməkdən yayındırmayacaq.

“Təhdidlər bizi susdurmayacaq. Tolstoyun yazdığı kimi, həqiqət olmadığı yerdə, böyüklük yoxdur,” onun tvitində yazılıb.

Rusiya baltikyanı ölkələrdən də üç rəsmiyə qadağa qoyub. Onlara Latviyanın Milli Elektron Media Şurasının sədri İvars Abolins, Latviya Dövlət Dil Mərkəzinin direktoru Maris Baltins və Estoniyanın Dil Müfəttişliyinin başçısı daxildir.

Rusiya həmçinin Berlinin dövlət ittihamçısı Jorq Raupaç və İsveç Müdafiə Tədqiqat Agentliyindən Asa Skotta qadağa qoyub.

Skott Kremlin tənqidçisi Aleksey Navalnının Rusiyada Sovet dövrünə aid sinir agenti ilə zəhərləndiyini deyən rəsmilərdən biri idi.

Navalnı zəhərlənmədən sonra Almaniyada müalicə alıb və yanvar ayında ölkəyə döndüyü zaman hava limanın Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O, Almaniyada müalicə aldığı uzun müddətdə fırıldaqçılıq ittihamı ilə şərti cəzanın şərtlərini pozduğuna görə fevral ayında 2 il yarım həbs cəzasına məhkum edilib. Navalnı işin siyasi motivli olduğunu bildirib.

Avropa İttifaqı mart ayında Rusiyanın cənubundakı Çeçenistan regionunda gey və lezbiyan insanları təqib etməkdə günahlandırılan iki Rusiya vətəndaşına sanksiya tətbiq edib. İttifaq həmçinin mart ayında Prezident Vladimir Putinə yaxın dörüd yüksək vəzifəli rəsmiyə də sanksiya tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG