Accessibility links

ABŞ milli təhlükəsizlik müşaviri: “Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi inkaredilməzdir”


Şənbə günü Almaniyada Rusiyanın və ABŞ-ın yüksək vəzifəli rəsmiləri arasında ABŞ Ədliyyə Nazirliyinin 13 Rusiya vətəndaşına rəsmi ittiham irəli sürməsi ilə bağlı mübahisə yaranıb.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri H.R. MakMaster Münhen Təhlükəsizlik Konfransından deyib ki, “federal ittiham nümayiş etdirir ki, ABŞ getdikcə xarici casusluq və təxribatın mənbəsini müəyyən etməkdə daha çox bacarıqlı olur.” O əlavə edib ki, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi inkaredilməzdir.

Bu ifadədən bir neçə dəqiqə öncə Rusiya xarici işlər naziri Sergey Lavrov ittihamları “boşboğazlıq” adlandırmışdı: “Siz istədiyiniz şeyi nəşr edə bilərsiniz, gördüyümüz odur ki, bu ittihamlar, bəyanatlar getdikcə daha çox artır.”

Rusiyanın ABŞ-da 2016-cı il prezident seçilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin təhqiqat qrupu13 Rusiya vətəndaşına qarşı Amerikanın siyasi prosesləri və seçkilərinə müdaxilə ittihamları irəli sürüb. İttihamlara konspirasiya, bank və pulköçürmə fırıldaqçılığı, habelə şəxsi məlumatların oğurlanması daxildir.

İttihamnaməyə əsasən, 2016-cı ildə təqsirləndirilən şəxslərin əməliyyatları Trampın namizədliyini "dəstəkləməyə" və onun Demokrat rəqibi Hillari Klintonu "pisləməyə" yönəlib. Onlar həmçinin Demokrat namizəd Berni Sandersə dəstəyi artırmağa və Respublikaçı namizədlər "Ted Kruz və Marko Rubionu gözdən salmağa" çalışıblar.

Cümə günü açıqlanan 37 səhifəlik ittihamnamə indiyədək ABŞ hökumətinin Rusiyanın 2016-cı ilə seçkilərinə müdaxiləsini ən ətraflı şəkildə detallayan sənəddir.

XS
SM
MD
LG