Accessibility links

Kreml Trampın Şimali Koreyaya dair dediklərindən sonra təmkinə çağırıb


Kreml ABŞ prezidenti Donald Trampın Şimali Koreyaya dair dediklərindən sonra təmkin nümayiş etdirilməsinə çağırıb.

Tramp deyib ki, Pxenyanla münasibətdə yalnız bir iş görülə bilər. O, bununla müharibəyə işarə edib.

Ölkəmiz 25 ildir Şimali Koreya ilə bağlı uğursuz siyasət yürüdür

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskva mübahisə tərəflərini vəziyyəti ağırlaşdıracaq hər bir addımdan çəkinməyə çağırır.

Trampın İranla bağlı bəyanatından danışan sözçü Amerikanın İranla əldə edilən nüvə razılığından çıxmasının mənfi nətəcələr verəcəyini deyib.

ABŞ prezidenti dövlət katibi Reks Tillersonun Şimali Koreya lideri ilə müzakirələr keçirilməsi səylərini boşa sərf edilmiş vaxt adlandırıb.

"Ölkəmiz 25 ildir Şimali Koreya ilə bağlı uğursuz siyasət yürüdür. Milyonllarla dollar sərf edilir, geriyə heç nə alınmır. Bu siyasət işlək deyil!" – deyə, ABŞ dövlət başçısı Twitter hesabında yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG