Accessibility links

Rusiya Amerikanın idxal tariflərinə qarşı ölçülər götürüldüyünü elan edib


Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkin
Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkin

Rusiya ABŞ-ın xarici ölkələrdən alüminium və polad idxalına tariflərin tətbiq edilməsinə cavab olaraq əks ölçülər götürüldüyünü elan edib.

İqtisadi inkişaf naziri Maksim Oreşkin çərşənbə axşamı açıqladığı bəyanatda bildirib ki, Moskva ABŞ-ın tarifləri nəticəsində dəymiş zərərin kompensasiya edilməsi məqsədilə Dünya Ticarət Təşkilatının qanunlarına uyğun olaraq cavab ölçülərinin tətbiq edilməsi haqda qərar verib.

Oreşkin ABŞ-dan idxal olunan məhsullara əlavə tarif tətbiq olunacağını bildirib, lakin onların adlarını qeyd etməyib. O əlavə edib ki, milli iqtisadiyyata zərərin dəyməsinin qarşısını almaq üçün rüsumlar yerli ekvivalenti olan mallara tətbiq ediləcək.

Avropa İttifaqı, Hindistan, Çin və Rusiya martın 23-də qüvvəyə minmiş tariflərə etiraz etmək üçün Dünya Ticarət Təşkilatına müraciət edib. Vaşinqton tariflərin milli təhlükəsizlik maraqları ilə əlaqədar olaraq tətbiq edildiyini bildirib.

XS
SM
MD
LG