Rusiyanın seçki rəsmiləri Kommunist Partiyasının aparıcı namizədinin sentyabrda parlament seçkilərində iştirak etməsinin qarşısını alıblar. Bu, seçkidə iştirakı qadağan olunan ən son müxalifər üzvüdür.
Mərkəzi Seçki Komissiyası iyulun 24-də bildirib ki, Pavel Qrudinin partiya siyahısından kənarlaşdırılıb, çünki baş prokurorluq onda xarici aktivlərin olduğunu aşkar edib.
Qrudinin 2018-ci ilin prezident seçkilərində Vladimir Putinə qarşı mübarizədə səslərin 12 faizini alaraq ikinci yerdə gəlib.
Seçkidən sonra Qrudinin Kreml tərəfdarı medianın hədəfinə çevrilib, onun kənd təsərrüfatı biznesi hüquqi problemlərlə üzləşməyə başlayib və onun Moskva yaxınlığında yerləşən Vidnoye şəhər şurasındakı mandatı əlindən alınıb.
Zəngin biznesmen olan Qrudinin hər hansı xarici aktivinin olduğunu inkar edib. Qanuna əsasən namizədlərin xarici aktivləri olmamalıdır.
Kommunist Partiyası onun diskvalifikasiyasını müxalif partiyaların sentyabrda hakim Vahid Rusiya partiyasına qarşı güclü nəticələr əldə etmək şanslarının yüksək olması ilə əlaqələndirib. Rəy sorğuları Vahid Rusiyaya dəstəyin azaldığını göstərir.
Kommunist partiyasının lideri Gennadi Zyuqanov seçki komissiyasının qərarı ilə bağlı apelyasiya şikayəti irəli sürəcəyini və Qrudininin partiyanın namizəd siyahısında üçüncü yerdə qalacağını bildirib.
Baş prokurorluq Qrudininin keçmiş həyat yoldaşı İrinanın onun Belizdə qeydiyyatda keçmiş şirkətə sahib olduğunu göstərən sənədlər irəli sürməsindən sonra Qrudininin xarici aktivləri barədə xəbərdar olduğunu bildirib.
Kommunist partiyasının yüksək vəzifəli siyasətçisi Sergey Obuxov vəziyyəti pariyaya qarşı məlumat kampaniyasının başlanğıcı adlandırıb.
Bir neçə müxalif fiqurun qarşıdan gələn seçkidə iştirak etməsi qadağan olunub. Onların çoxunun Kremlind həbsdə olan tənqidçi Aleksey Navalnının siyasi şəbəkəsi ilə əlaqəsi var.
İyul ayında məhkəmə Navalnı ilə əlaqəsi olan qrupları qadağan edərək, onlara “ekstremist” damğasını vurub. Bununla da Navalnı və ya onun siyasi hərəkatı ilə əlaqə olanların hər hansı vəzifəyə namizədliklərini irəli sürmələrinin qarşısını alıb.