Accessibility links

Rusiya araşdırmaçı jurnalist Roman Dobroxotovun həbsinə göstəriş verib


Rusiya araşdırmaçı jurnalist Roman Dobroxotovun həbsinə göstəriş verib
please wait

No media source currently available

0:00 0:03:33 0:00

Araşdırmaçı jurnalist Roman Dobroxotovun həbsinə göstəriş verilib

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) The Insider xəbər saytının təsisçisi və baş redaktoru, tanınmış araşdırmaçı jurnalist Roman Dobroxotovun həbsinə göstəriş verib. Avqust ayında Ukrayna sərhədini qanunsuz keçməkdə ittiham olunan jurnalist iki ilə qədər həbs cəzasına məhkum edilə bilər.

Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, ”Dobroxotov iyulun sonunda Ukrayna sərhədini keçid məntəqələrindən yan keçərək qanunsuz olaraq piyada keçib”.

The Insider internet qəzetinin təsisçisi və baş redaktoru Dobroxotov keçmiş Rusiya casusu Sergey Skripal və müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi də daxil olmaqla, mübahisəli məsələləri araşdıran Bellingcat qrupu ilə işləyən tanınmış müstəqil jurnalistdir.

Dobroxotov ona qarşı irəli sürülən ittihamlarla Moskvanın mətbuatı qorxutmağa cəhd göstərdiyini deyir. "Ukrayna sərhədini qanunsuz keçməyimlə bağlı cinayət işi tamamilə uydurma, siyasi bir işdir."

The Insider Latviyada qeydiyyatdan keçmiş bir araşdırma orqanıdır. 2012-ci ildə qəbul edilmiş qanunvericiliyə əsasən Rusiya onu "xarici agent" adlandırıb.

Qanun xarici yardım və ya maliyyə alan, Rusiyanın siyasi fəaliyyətlə məşğul olduğunu düşündüyü bütün qeyri-hökumət təşkilatlarının qeydiyyatdan "xarici agentlər" olaraq keçməsini və bütün materiallarına bu etiketin daxil edilməsini tələb edir.

Jurnalistin vəkili Yulya Kuznetsovanın dediyinə görə, rəsmilər sentyabr ayında onun və valideynlərinin mənzilində axtarış aparıb, noutbukları, mobil telefonlarını və digər əşyaları özləri ilə götürüb. İyul ayında oxşar axtarışdan sonra da onu dindirməyə çağırılblar.

"Düşünürəm ki, cinayət işi gecə mənzilə yenidən girmək, valideynlərimi və qohumlarımı qorxutmaq, kompüterləri və telefonları götürmək üçün bir bəhanə idi. Sadəcə bu hərəkətlər üçün hüquqi bir bəhanə lazım idi, bundan əvvəl olduğu kimi" - deyə, Dobroxotov bildirir.

Dobroxotov Rusiyanı tərk edə bilib və hansı ölkədə olduğu bilinməsə də, hazırda xaricdədir. Həyat yoldaşı və uşaqları isə Moskvadadır.

"Rusiyada işləmək təhlükəsiz deyil, buna görə də seçimim yox idi. Rusiyada yaşamağa davam etməyi çox istərdim və sona qədər də bunu etdim. Lakin məni tanıyan hər kəs bilir ki, 2018-ci ildən bəri ölkəni tərk etməklə bağlı xəbərdarlıqlara məhəl qoymurdum. İnsanlar məni Rusiyada qalmağın çox təhlükəli olduğuna inandırmağa çalışırdı. Lakin mən batan gəmidə qaldım və aydın oldu ki, Federal Təhlükəsizlik Xidməti demək olar ki, mənimlə birlikdə hərəkət edirdi."

The Insider öz işini davam etdirir, ancaq bəzi böyük dəyişikliklərlə.

"Əvvəllər komandamızın 70%-i Rusiyadan işləyirdisə, indi bu rəqəm 30%-ə düşüb. Yeri gəlmişkən, yeni insanları işə götürəndə daha çox Rusiyadan işə götürə bilərik. Bağlanmaq məcburiyyətində qalan, digər media orqanlarını tərk etmək məcburiyyətində qalan jurnalistləri işə götürəcəyik."

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG