Accessibility links

ABŞ kəşfiyyat orqanları Rusiyanın ara seçkilərə müdaxiləsindən narahatdır [Video]


ABŞ kəşfiyyat orqanları Rusiyanın ara seçkilərə müdaxiləsindən narahatdır
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Tramp administirasiyası rəsmiləri qarşıdan gələn ara seçkilərə xarici müdaxilə və bunun qarşısının alınması ilə bağlı narahatlıqlarını dilə gətirərkən həmrəylik nümayiş etdiriblər.

Milli Kəşfiyyat agentliyinin direktoru Dan Koats bu məsələdə Rusiyanı xüsusilə qeyd edib.
''Rusiyanın aralıq seçkilərdə iştirakı məsələsinə gəldikdə, biz Rusiyanın Birləşmiş Ştatları zəiflətmək və bölmək üçün geniş mesaj kampaniyası apardığını görə bilərik." - deyə, Dan Koats bildirib.

Milli Təhlükəsizlik üzrə müşavir Con Bolton, FBI Direktoru Kristofer Vray, Milli Təhlükəsizlik Naziri Kirsten Nielsen və Milli Təhlükəsizlik Agentliyinin direktoru general Paul Nakasone jurnalistlərə müraciət edib.

Müraciətdə bildirilir ki, prezident Tramp onlara tapşırıq verərək seçki prosesinin təhlükəsizliyinin prioritet məsələ olmasını istəyib.

Tramp keçən ay Helsinkidə keçirilən zirvə toplantısında Rusiya prezidenti Vladimir Putinin Moskvanın Trampın qələbəsi üçün 2016 seçkilərinə müdaxilə etmədiyi təkzibini dəstəkləmişdi

Lakin daha sonra Tramp Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə etdiyinə dair ABŞ kəşfiyyat agentliklərinin gəldiyi nəticəni qəbul etdiyini açıqladı.

Təhlilçilər Rusiyanın müdaxiləsini amerikalıların ictimai qurumlara olan güvənini sarsıtmaq cəhdi olaraq görür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG