Accessibility links

Rusiya hava agentliyi qəzadan sonra radioaktiv izotopların qeydə alındığını bildirir


Rusiyanın Dövlət Meteorologiya Agentliyi ölkənin şimalındakı hərbi bazada silah sınağı zamanı baş verən qəzadan sonra götürülmüş nümunələrdə bir neçə radioaktiv izotop tapıldığını bildirib.

“Roshidromet” avqustun 26-da verdiyi açıqlamasında Severodvinskdəkı bazadan götürülən nümunələrində stronsium, barium və lantanium maddələri aşkar edildiyini, lakin bu maddələrin sakinlər üçün heç bir təhlükənsi olmadığını deyib.

Mən həm avqustun 8-də, həm də hazırda Arxangelsk bölgəsində insanların sağlamlığına və həyatlarına təhlükə yaradan amillərin olmadığına tamamilə əminəm və bunu təsdiqləmək üçün səbəblərim var.
İqor Orlov, Qubernator

Avqustun 8-də Rusiyanın şimalındakı Arxangelsk bölgəsində azı 5 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən qəzadan sonra fövqəladə hallar işçiləri həmin ərazidə radiasiya səviyyəsinin artıdığını bildirmişdi.

"Mən həm avqustun 8-də, həm də hazırda Arxangelsk bölgəsində insanların sağlamlığına və həyatlarına təhlükə yaradan amillərin olmadığına tamamilə əminəm və bunu təsdiqləmək üçün səbəblərim var," İnterfax vilayət qubernatoru İqor Orlovdan sitat gətirib.

Birləşmiş Ştatlar rəsmiləri qəza baş verən zaman radioaktiv elementlərin olduğuna inandıqlarını deyib. Bir çox təhlilçi isə sınağın prezident Vladimir Putinin ötən il inkişaf etdirildiyini elan etdiyi nüvə ilə işləyən kruiz raketi üzərində aparıldığını güman edir.

Zəhərli raket yanacağının olması səbəbindən həm gəmiqayırma limanı, həm də regional paytaxt olan Arxangelskin yerləşdiyi Ağ Dəniz körfəzində üzgüçülük və balıq ovu qadağan edilib.

XS
SM
MD
LG