Accessibility links

Rusiya yeni qitələrarası raket sistemini istifadəyə verib


Rusiyanın müdafiə naziri prezident Vladimir Putini illərdir aparılan sınaqlardan sonra yeni qitələrarası hipersonik silahın cümə günü istifadəyə hazır olduğuna dair məlumatlandırıb.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, müdafiə naziri Sergey Şoyqu prezident Putinə Avangard adlı hipersonik raket sistemi ilə təchiz olunan ilk raket kompleksinin döyüşdə istifadəyə verildiyini deyib.

Şoyqu daha sonra ordunun yüksək rütbəli üzvləri ilə telefon danışığı zamanı "Sizi ordumuz və bütün millətimiz üçün bu əlamətdar hadisə münasibətilə təbrik edirəm" deyib.

Telefon danışığı zamanı Strateji Raket Qüvvələrinin rəisi general-mayor Sergey Karakayev Avangard-ın Ural dağlarının cənubunda, Orenburq bölgəsindəki bir hərbi hissədə yerləşdirildiyini bildirib.

Putin "Avanqard" haqda açıqlamanı 2018-ci ilin mart ayında illik məruzə çıxışı zamanı verib və raketin hədəfə gedərkən kəskin manevrlər etmək qabiliyyətinin reaketdən müdafiə sistemlərini yararsız edəcəyini vurğulayıb.

"O, hədəfə doğru meteorit kimi, ildırım kimi gedir" deyə, o bildirib.

Putin Avangard-ın yaranmasını 1957-ci ildə Sovet İttifaqının fəzaya ilk peykinin buraxılması ilə müqayisə edib və bunu texnoloji bir irəliləyiş kimi xarakterizə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG