Accessibility links

Rusiyanın Avropa Şurasından çıxarılmasına qərar verildi


Avropa Şurasının Nazirlər Komitəsi martın 16-da Rusiyanı Avropa Şurasından çıxarmaq barədə qərar qəbul edib.

“Bu gün səhər növbədənkənar iclasında Nazirlər Komitəsi Avropa Şurasının Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq başlanmış prosedur çərçivəsində 26 illik üzvlükdən sonra Rusiya Federasiyasının Avropa Şurasının üzvü kimi fəaliyyətini dayandırması barədə qərar qəbul edib” - deyə, komitənin bəyanatında bildirilib.

Bu gün səhər saatlarında Avropa Şurası Parlament Assambleyası Nazirlər Komitəsinə Rusiyanı üzvlükdən çıxarmağı tövsiyə edib.

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Avropa Şurasından rəsmən çıxdığını, lakin Rusiya Konstitusiyasına zidd olmadığı təqdirdə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarına əməl etməyə davam edəcəyini açıqlamışdı.

Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun sözlərinə görə, Rusiya Avropa Şurasından çıxmaq barədə qərarını “öz istəyi ilə qəbul edib və bu, balanslaşdırılmış və düşünülmüş qərardır”.

AŞPA yekdilliklə Rusiyanın Avropa Şurasından “dərhal” çıxmasına səs verib. Assambleyanın bəyanatının mətnində qeyd edildiyi kimi Rusiya Federasiyası “Avropa Şurasının Nizamnaməsinin kobud şəkildə pozulmasına yol verib və Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir”.

Martın 10-da Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Avropa Şurasının iclaslarında iştirakını davam etdirmək niyyətində olmadığını bildirib və deyib ki, o, “dost olmayan” Avropa İttifaqı və NATO ölkələrinin “təxribatçı hərəkətlərinə dözmək niyyətində deyil”.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG