Accessibility links

Rusiya qütbləşmiş Avropada nüfuzunu artırır [Video]


Rusiya qütbləşmiş Avropada nüfuzunu artırır
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Amerikanın Səsi Avropada son siyasi inkişafları təhlilçi Peter Eltsovla müzakirə edib

İtaliyanın baş naziri Matteo Renzi konstitusional referendumdan sonra istefa verib. Onun Avropa İttifaqına yönələn siyasətinin rədd edilməsi Britaniyada atılan eyni addımdan sonra baş verib. Avstriyada eyni zamanda solçuluğa meyilli prezident seçilib. Avropa İttifaqına üzv Bolqarıstanda ötən ay Rusiyaya yaxın olmaq üçün sosialist lider hakimiyyətə gəlib. Amerikanın Səsi Avropada son siyasi inkişafları təhlilçi Peter Eltsovla müzakirə edib.

Prezident Vladimir Putinin yaxın müttəfiqi olan Rusiyanın Pravoslav Kilsəsinin patriarxı ötən bazar günü Parisin Eyfel qülləsi yaxınlığındakı kilsənin açılışında iştirak edib.Tənqidçilər bunu Putinin Avropaya nüfuzunun rəmzi kimi qiymətləndirib.

Milliyətçi namizədin Fransanın növbəti prezidenti seçilməsi ilə Rusiya Fransada nüfuzunu artıra bilər. Bu, Milli Müdafiə Universitetinin beyxəlxalq təhlükəsizlik üzrə professoru Peter Elltsovun fikridir.

"Rusiya banklarının 27 milyon avro məbləğində Fransanın sağçı Milli Cəbhəsinin lideri Marin El Penə kredit verməsi artıq sirr deyil. Fransada bir neçə aydan sonra prezident seçkiəri keçirilməlidir. Bir çox təhlilçi onun qalib gələcəyini proqnozlaşdırır. Əgər Le Pen qalib gəlsə, mən düşünürəm ki, bu, Avropa İttifaqının sonu olacaq."

Le Pen deyib ki, o, Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın növbəti prezidenti Donald Trampla liderlik triosu təşkil etmək istəyir. O, bunu dünyada sülhün təminatına zəmin adlandırıb.

Eltsov hesab edir ki, Trampın seçkilərdəki qələbəsi Avropada şok dalğası yaradıb. Bu isə öz növbəsində millətçi qrupların möhkəmlənməsinə yol açmaqla yanaşı, sosialist hərəkatına təkan verib

"Rusiya, Kremlin Avropa İttifaqına skeptic münasibət bəsləyən və Rusiyaya qarşı sanksiyaların ləğvi tərəfdarı olan sağ və ya solçu siyasətçilərə dəstək verdiyi hiss olunur."

Eltsov deyir ki, Moskva Avropa siyasətçilərini maliyyələdirməkdən əlavə, regionda nüfuzunu dərinləşdirmək təbliğatına güclü yatırım edir.

"Onlar Yunanıstan, İtaliya, İspaniya və müəyyən səviyyədə Bolqarıstan kimi Rusiya təbliğatına həssas olan ölkələrdə əllərindən gələn hər şeyi sınayacaqlar. Əlbəttə, Şimali Avropa ölkələri bura daxil deyil."

Eltsovin fikrincə, Moskva NATO-nu gözdən salmaq, bəzi üzləri alyansı tərk etmək və ya üzvlük iddilarından imtina etmək üçün maddi və ideoloji nüfuzundan istifadə edəcək. Professor ABŞ-ın Avropadakı müttəfiqlərinə dəstəyini artırmasının vacibliyini qeyd edib.

"ABŞ Şərqi Avropadakı müttəfiqlərinə xəyanət etməməlidir. Mən əsasən Rusiyadan ehtiyat edən və əhəmiyyətli dərəcədə rus əhalisinə malik olan Baltik ölkələrini nəzərdə tuturam."

Analitik hesab edir ki, Tramp administrasiyası dövründə Amerikanın Rusiya ilə əlaqələri normallaşsa belə, bu, 30 il əvvəl Reyqan-Gorbaçov erasında müşahidə edilən yaxınlaşma olmayacaq.

XS
SM
MD
LG