Accessibility links

Rusiya Avropada ballistik raketdən müdafiə sisteminin quraşdırılmasını istəmir (audio)


Rusiya Avropada ballistik raketdən müdafiə sisteminin quraşdırılmasını istəmir (audio)
Rusiya Avropada ballistik raketdən müdafiə sisteminin quraşdırılmasını istəmir (audio)

Rusiya ABŞ-ın ballistik raket müdafiə sisteminə dair planlarının əleyhinə çıxmağa davam edir. Rusiya illərdir ABŞ-ın Avropada ballistik raketlrdən müdafiə sistemi yerləşdirmək planlarını tənqid edir. 2009-cu ildə prezident Barak Obama Buş administrasiyasının Polşada 10 raket tutan qurğu və Çex Respublikasında radar quruğusu yerləşdirmək təklifini təxirə saldı. Silaha nəzarət məsələləri üzrə mütəxəssis Cozef Sirinsione yeni planın daha münasib şərtlərə əsaslandığını deyir.

Rusiya Avropada ballistik raketdən müdafiə sisteminin quraşdırılmasını istəmir (audio)
Rusiya Avropada ballistik raketdən müdafiə sisteminin quraşdırılmasını istəmir (audio)

Cozef Srinsoni: `ABŞ Aegis eskadrilya və kreyserlərdə mənzillənən raket əleyhinə müdafiə qurğuları kimi yeni sistem yerləşdirir. Lakin bu plana yertipli təkmilləşdirilmiş raket növləridən müdafiə də daxildir. Onların bir hissəsinin Polşa və Rumınya da daxil olmaqla, keçmiş Varşava Müqaviləsinə daxil olan ölkələrdə yerləşdirilməsi nəzərdə tutulur. Bu raketdən müdafiə qurğuları ABŞ-ın gözləntilərini doğrultsa, o zaman bu müdafiə qurğuları Rusiyanın uzaq mənzilli ballistik raketlərini zərərsizləşdirməyə qadir olacaq, Rusiyanı da narahat edən məhz budur.`

Birləşmiş Ştatlar ballistik raketdən müdafiə planının Rusiyanı hədəf almadığını, əksinə, Iran kimi ölkələrin mümkün raket hücumlarından müdafiə xarakteri daşıdığını dəfələrlə qeyd edib. Sirinsoni Rusiyanın ABŞ-ın raketlərdən müdafiə planına qarşı çıxmasının başqa səbəbinin də göstərir.

Cozef Srinsoni: `Rusiya ABŞ-ın hərbi texnalogiyasının onunla sərhəd ölkələrdə mövcudluğunu istəmir. Bu da şübhə doğurur. Çünki ABŞ-ın Əfqanıstan və İraqda hərbi bazaları, Özbəkistan və başqa ölkələrlə təchizata dair razılıqları var. Polşa və başqa Şərqi Avropa ölkələri ilə münasibətlərin Rusiya ilə heç bir əlaqəsi yoxdur. Lakin Rusiya raketlərdən müdafiə qurğularının onu hədəf aldığını hesab edir. Rusiya sərhəddində ABŞ-ın mövcudluğunun artmasından çox narahatdır.`

Rusiya Şanxay Əməkdaşıq təşkilatı kimi tanınan regional alyansa üzvdür. Bu alyansın başqa üzvləri Qazağıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Çindir. Bəzi mütəxəssislər deyirlər ki, Rusiya bu təşkilatı Şimali Atlantik Müqavilə Təşkilatı və ya NATO-ya qarşı potensial qüvvə kimi görür. Ötən həftə keçirilən zirvə görüşündə altı üzv ölkə raketlərdən müdafiə sistemini tənqid edərək bu qurğuların regionda strateji sabitliyi və beynəlxalq təhlükəsizliyi pozacağını qeyd etmişlər. Ötən il Lissabonda keçirilən NATO zirvə görüşündə ABŞ və Rusiya raketlərdən müdafiə məsələsində əməkdaşlığa dair razılığa gəliblər. Mütəxəssislər müəyyən irəliləyişlərin əldə olunmasına baxmayaraq Moskvanın bütövlükdə bu planın əleyhinə çıxdığını bildirirlər.

XS
SM
MD
LG