Accessibility links

Nikolay Makarov: Moskva NATO-nun planlaşdırdığı Avropada raketlərdən müdafiə sistemini sıradan çıxara bilər


Rusiyanın ordu generalı Nikolay Makarov Moskvanın NATO-nun planlaşdırdığı Avropada raketlərdən müdafiə sistemini sıradan çıxara biləcəyini deyib.

General Moskvada təşkil edilən beynəlxalq konfransda bildirib ki, elan edilmədən həyata keçirlə biləcək hücum raket sistemini dağıda bilər . Makarov sistemin yerləşdirilməsinə cavab olaraq, kütləvi qırğın silahlarından istifadənin son variant olacağına ümid etdiyini deyib.

Bundan əvvəl Rusiyanın müdafiə naziri bildirmişdi ki, ABŞ-ın NATO-nun raketdən müdafiə sistemini Avropada yerləşdirmək planına dair danışıqlar dalana dirənib. Anatoli Serdyukov bu gün bildirib ki, Rusiya, NATO və ABŞ raketdən müdafiə planına dair hələ qarşılıqlı məqbul razlıq əldə etməyə müvəffəq olmayıb. O, Moskvada Rusiya və ABŞ rəsmiləri ilə raketdən müdafiə planı barədə müzakirələrin əvvəlində çıxış edib. Moskva ABŞ planının Avropanı İrandan gələn potensial təhlükədən müdafiə etmək məqsədi güddüyü barədə fikri rədd edir.

XS
SM
MD
LG