Accessibility links

Rusiya-Azərbaycan-Ermənistan-Naxçıvan MR-İran dəmir yolunun bərpasına başlanılır


Azərbaycan və Ermənistanın hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlməsi regionda nəqliyyat sistemlərinin inkişafına təkan verib.

Son günlər Rusiya-Azərbaycan-Ermənistan-Naxçıvan MR-İran dəmir yolu xəttinin bərpası məsələsi ikitərəfli və çoxtərəfi danışıqların əsas mövzusuna çevrilib.

Azərbaycan artıq dəmir yolunun öz ərazisindən keçən hissəsinin - Horadizdən Zəngilana və Ermənistan sərhədinə qədər olan hissəsinin yenidən qurulmasına başlayıb.

Bu gün, yanvarın 26-da prezident İlham Əliyev yeni təyin etdiyi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi videoformatda qəbul edərkən deyib ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir.

“Hesab edirəm ki, müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin,” prezident Əliyev bildirib.

Ermənistan bu dəmir yolu vasitəsi ilə həm Azərbaycanla ticarət əlaqələrini genişləndirər, həm də Türkiyə qolundan istifadə edə bilər. Amma bu dəmir yolundan Rusiya və İranın səmərəli bəhrələnəcyi bir qədər mürəkkəb məsələdir.
Zöhrab İsmayıl, ekspert

Bu il yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının Moskva görüşündə üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu yaradılıb.

Yanvarın 27-də baş nazir müavinlərinin (işçi qrupu) Moskvada keçiriləcək görüşündə Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması məsələsi müzakirə olunacaq.

RBK telekanalının yaydığı məlumata görə, işçi qrupunun əsas vəzifəsi regionda nəqliyyat əlaqəsinin tamamilə açılması üçün nəyin tikilməli və ya bərpa edilməli olduğunu müəyyən etməkdir.

Baş nazir müavinləri bir neçə mümkün layihəni, xüsusən Ermənistan ərazisindən keçən və Azərbaycanı Naxçıvanla, həmçinin Ermənistanı Rusiya ilə birləşdirəcək dəmir yolunun bərpasını müzakirə edəcək. Bundan başqa, baş nazir müavinləri Rusiya-Azərbaycan-Ermənistan-Naxçıvan-İran dəmir yolunu birləşdirmək təklifini müzakirə edəcək.

Rəsmi Bakı həmçinin paralel olaraq avtomobil yolunun tikilməsini istəyir.

Bununla yanaşə, İranın xarici işlər naziri Azərbaycan prezidentinin regionda yeni əməkdaşlıq təklifi olan “3+3” əməkdaşlıq formatını (Azərbaycan, Gürcüstan-Türkiyə+İran, Rusiya, Ermənistan) müzakirə etmək üçün region dövlətlərində səfərdədir. Nazir Məhəmməd Cavad Zərif yanvarın 25-də Azərbaycanda müzakirələr apardıqdan sonra bu gün Moskvada danışıqlar aparıb. Onun danşıqlarında İranı Rusiya ilə birləşdirəcək dəmir yolu xəttinin bərpası əsas mövzulardan biridir.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl Amerikanın Səsinə bildirib ki, bu dəmir yol xəttinin bərpası ilk növbədə Azərbaycan və Ermənistan üçün əhəmiyyətlidir:

"Bu layihə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Eyni zamanda, Ermənistan ərazi iddialarından əl çəkərsə layihədən faydalana bilər. Ermənistan bu dəmir yolu vasitəsi ilə həm Azərbaycanla ticarət əlaqələrini genişləndirər, həm də Türkiyə qolundan istifadə edə bilər. Amma bu dəmir yolundan Rusiya və İranın səmərəli bəhrələnəcyi bir qədər mürəkkəb məsələdir. Əgər, Sovet dövründəki dəmir yolunu bir az bərpa edib, inkişaf etdircəklərsə, o qədər də effektiv olmayacaq. Əgər, müasir dəmir yolu sistemi yaradılacaqsa o halda effektiv ola bilər. Ona da mənim şübhəm var."

Ekspert deyir ki, Rusiya da, İranda Qərb ölkələri və ABŞ-la konfliktdə olan ölkələrdir.

"Hər iki ölkə ABŞ-ın və Avropa İttifaqının sanksiyaları altındadır. Əgər bu layihə Rusiya və İranı birləşdirən layihə kimi təqdim olunarsa Qərbin sanksiyaları ilə üzləşə bilər," Zöhrab İsmayıl deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG