Accessibility links

Rusiya bütün uçuşları dayandırır


Cümə günü Rusiya koronavirus pandemiyasının yayılmasını məhdudlaşdırmaq məqsədilə gecə yarısından etibarən vətənə dönən vətəndaşları da daxil olmaqla, ölkə daxilinə və xaricinə bütün uçuşların müvəqqəti olaraq dayandırılmasına qərar verib.

Ölkənin Koronavirus Əməliyyat Mərkəzi rusiyalıları evə gətirən və xarici vətəndaşları geri daşıyan bütün çarter reyslərin dayandırılacağını və uçmaq istəyənlərin şənbə günündən etibarən istifadəyə veriləcək xüsusi forma doldurmalı olacaqlarını bildirib.

Hökumət xaricdə ilişib qalan vətəndaşlarının müvəqqəti qalma haqqını ödəmək üçün Xarici İşlər Nazirliyinə 500 milyon rubl ($6.5 milyon dollar) ayırdığını bildirib.

Koronavirusa qarşı mübarizə məqsədilə Moskva civarında yeni xəstəxana inşa edilir.
Koronavirusa qarşı mübarizə məqsədilə Moskva civarında yeni xəstəxana inşa edilir.

Koronavirusa 4,149 yoluxma, 34 ölüm halını təsdiq edən Rusiya bütün beynəlxalq reysləri martın 27-dən dayandırmış, ancaq uçuşların vətənə dönən vətəndaşlar üçün davam edəcəyini bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyi çərşənbə günü xaricdəki 25,000 vətəndaşının vətənə qayıtmaq üçün müraciət etdiyini və onların bir çoxunun koronavirusun qarşısının alınması səylərinə görə qapalı şəraitdə qaldıqlarını bildirib.

Cümə günü Aeroflota məxsus Moskva-Nyu York reysi sərnişinlər təyyarəyə mindikdən sonra təxirə salınıb, hərçənd ki, onlara uçuşun baş tutacağı bildirilmişdi. Bu barədə ABŞ-ın Moskvadakı səfirliyi məlumat yayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG