Accessibility links

Rusiya rəsmiləri Navalnıya şərti cəza əvəzinə həbs cəzası verilməsini istəyir


Rusiya Baş Prokurorluğu bazar ertəsi Federal Penitensiar Xidmətinin müxalifət lideri və Kremlin tənqidçisi Aleksey Navalnıya şərti cəza əvəzinə həbs cəzası verilməsi təklifini dəstəklədiyini bildirib.

2014-cü ildə verilmiş və Avropa İnsan Haqları Məhkəməsinin əsassız saydığı şərti cəzasını pozduğuna görə Navalnı 3,5 il həbs cəzası ilə üzləşir.

Prezident Vladimir Putin hökumətini günahlandıran ölümcül zəhərlənmədən və uzun müddət müalicədən sonra yanvarın ortalarında Almaniyadan Rusiyaya qayıdan müxalifət lideri sınaq müddətinin şərtlərini pozduğuna görə 30 gün müddətinə həbs edilib.

Kreml ona qarşı irəli sürülən ittihamı rədd etsə də, dəlil çatışmazlığını əsas gətirərək sui-qəsd cəhdini araşdırmaqdan imtina edib.

Hökumətin həbslər barədə təhdidlərinə baxmayaraq, bazar günü də Rusiyanın bir çox şəhərində minlərlə insan Navalnının sərbəst buraxılması tələbi ilə küçələrə çıxıb.

Yuliya Navalnaya
Yuliya Navalnaya

Müstəqil monitorinq qruplarının bildirdiyinə görə, hökumət “icazəsiz” olduğunu dediyi etiraz aksiyaları zamanı Navalnının həyat yoldaşı Yuliya da daxil olmaqla, 5000-dən çox insan həbs edilib.

Navalnının tərəfdaşları fevralın 2-də başlanacaq məhkəmə ərəfəsində yenidən ölkə üzrə nümayişlər keçirməyə çağırıb.

Bazar günü Moskva polisi yeddi metro stansiyasının bağlandığını elan edib və piyadaların şəhər mərkəzində hərəkətini məhdudlaşdırıb.

Rəsmilər şəhərin mərkəzindəki bəzi restoran və mağazaların bağlanması və yerüstü nəqliyyatın istiqamətinin dəyişdirilməsi haqda göstəriş verib.

ABŞ və onun avropalı müttəfiqləri Navalnının həbsini və Rusiya hökumətinin nümayişçilərə qarşı zorakılığını pisləyib.

Kreml Qərbin onun daxili işlərinə müdaxilə etdiyini deyir.

Şərhlərə bax

XS
SM
MD
LG