Accessibility links

Rusiyanın batan balıqçı gəmisində 17 nəfər itkin düşüb


Yerli kütləvi informasiya agentliklərinin rəsmilərə istinadən bildirdiyinə görə, Rusiyanın balıqçı gəmisinin bazar ertəsi səhər Barents dənizinin şimalında batması nəticəsində 17 nəfərin itkin düşdüyü və ya öldüyü təxmin edilir.

"Ekipaj 19 nəfərdən ibarət idi. İki nəfər xilas edilib" - deyə, Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.

Rəsmilər qəzaya gəmiyə buz yığılmasının səbəb olduğunu düşünür.

Murmanskda yerləşən özəl Oneqa gəmisinin Barents dənizindəki Novaya Zemlya arxipelaqı yaxınlığında aşaraq batdığı bildirilib.

Axtarış-xilasetmə əməliyyatı üçün bölgəyə dörd gəmi göndərilib və artıq cinayət işi üzrə istintaq aparılır.

Rusiya bayraqlı balıqçı gəmisi 1979-cu ildən bəri istismar olunurdu.

Şərhlərə bax

XS
SM
MD
LG