Accessibility links

BMT-nin baş katibi Rusiyadadır


BMT-nin baş katibi Rusiyadadır. Ban Ki Mun bu gün müxbirlərlə görüşü zamanı Suriya ilə bağlı sülh konfransının təşkilinin yubadılmamasının vacibliyini vurğulayıb.

Baş katib deyib ki, ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında əldə edilən razılıq hədər getməməlidir. O, BMT komandasının Suriya prezidenti Bəşar Əl-Əsədin kimyəvi silahlardan istiadə etdiyinə dair iddiaların araşdırılmasına hazır olduğunu bildirib.

BMT-nin baş katibi Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşməlidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ban Ki Munun çağırışlarına əməl edilməsinə səsləyərək deyib ki, beynəlxalq konfrans nə qədər tez keçirilsə, bir o qədər yaxşıdır.

ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Vaşinqton görüşü zamanı Əsədin istefa verməsi üçün təzyiqlərin davam etdirilməsi barədə razılıq əldə edib.
XS
SM
MD
LG