Accessibility links

Rusiya bankının Macarıstana köçürülməsi narahatlıq doğurur


Rusiya bankının Macarıstana köçürülməsi narahatlıq doğurur
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Soyuq Müharibə dövrünə aid, rəhbərinin ailəsinin isə Rusiyanın kəşfiyyat xidmətləri ilə əlaqəsi olan Rusiyanın idarə etdiyi inkişaf bankı Viktor Orbanın hökümətinin təsdiqi ilə Budapeştə köçürülür. Qərbin təhlküəsizlik xidmətləri və Macarıstanın müxalif siyasətçiləri isə buna görə narahatdır.

Budapeştdəki bu məzarlar 1956-cı ildə Macarıstanda kommunist dünyasının təməllərini sarsıdan və Sovet hakimiyyətinə meydan oxuyan iğtişaşı yatırmağa çalışan 200 rusiyalı əsgərə aiddir.

Bu bank Sovet İttifaqının təhlükəsizlik və kəşfiyyat xidmətlərini ört-basdır edən təşkilat kimi fəaliyyət göstərirdi.
Peter Kreko

Rusiya lideri Vladimir Putin burada vəfat etmiş sovetlilərin xatirələrini yad edib. Onun həmin səfəri Macarıstanın müxalifət partiyalarının məzarların üzərindəki yazıların dəyişməsinə dair çağırışlarına gətirib çıxarıb. İndi isə 50 il öncə üsyanı yatırmaq üçün göndərilən KQB komandasının üzvünün oğlu Rusiya bankının başçısı olaraq Macarıstan paytaxtına köçəcək.

Qərbin təhlükəsizlik rəsmiləri və müstəqil analitiklər bankın Avropada kəşfiyyat əməliyyatları üçün istifadə olunacağından qorxur.

“Bu bank Sovet İttifaqının təhlükəsizlik və kəşfiyyat xidmətlərini ört-basdır edən təşkilat kimi fəaliyyət göstərirdi” - deyə, Siyasi Kapital Siyasətinin Araşdırma və Konsaltinq İnstitutunun direktoru Peter Kreko bildirir.

Sovet dövründə Komekon adı ilə tanınan Beynəlxalq İnkişaf Bankı Macarıstan parlamentindəki qanunvericilərin müqaviməti ilə üzləşib. Onlar deyir ki, bankın Budapeştə köçürülməsinə icazə vermək baş nazir Viktor Orbanın Rusiyaya doğru atdığı yeni addıma təkan verəcək.

“Baş qərargahla bağlı qərar parlamentdə səsverməyə çıxarılanda biz onun əleyhinə səs verdik. Biz bu sərmaye bankından narahat idik”, Demokratik koalisiyanın qanunvericisi Aqnes Vadai söyləyib.

Baş qərargahla bağlı qərar parlamentdə səsverməyə çıxarılanda biz onun əleyhinə səs verdik. Biz bu sərmaye bankından narahat idik.
Aqnes Vadai

İndex xəbər agentliyinin araşdırmaçı jurnalistləri deyir ki, narahatlığa səbəb olacaq bir neçə güclü əsas var. Bank, işçiləri, məsləhətçiləri və Rusiyadan dəvət etdiyi qonaqları tam diplomatik toxunulmazlığa sahib olacaq. Bankın heç bir maliyyə tranzaksiyasılarına tənzimləyicilər tərəfindən nəzarət olunmayacaq. Macarıstanın əks-kəşfiyyat agentliyi bank işçilərinə nəzarət etmək üçün kifayət qədər işçi qüvvəsinə sahib olmayacaq. Lakin Avropanın digər təhlükəsizlik xidmətləri bunu etməyi istəyə bilər.

“Xaricdən Macarıstana əks-kəşfiyyat bölmələri gələcək və bura Soyuq Müharibə dövründəki Vyanaya çevriləcək” – deyə, Index-in müxbiri Andris Dezso bildirib.

Bank prezidentinin Rusiya kəşfiyyatı ilə heç bir əlaqəsinin olmadığını bildirir. Lakin onların bu iddiası Qərbin bankın təhlükəsizliyi ilə bağlı narahatlıqlarını azaltmır.

XS
SM
MD
LG