Accessibility links

Rusiya Vaşinqtonu Belarusda inqilabı təşviq etməkdə ittiham edir


Avqustun 9-u seçkilərindən bəri səslərin saxtalaşdırıldığı ittihamı ilə davam edən kütləvi etirazlar Lukaşenko üçün ən böyük təhlükə yaratdı və Kremlin dəstəyi onun 26 illik hakimiyyətini uzatmasına şans yaratdı.

Böhran başlayandan bəri ilk dəfə danışıqlar üçün Rusiyaya gedən keçmiş Sovet dövrünün sovxoz müdiri iqtisadiyyatını Sovet üslubunda inkişaf etdirmək üçün 1,5 milyard dollar kredit alıb.

Çərşənbə günü Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Vaşinqtonu Lukaşenkonu devirmək üçün səhnə arxasında çalışmaqda günahlandırıb. Bu, Moskvanın böhranla bağlı ən sərt ittihamı olub.

“Əslində söhbət zəif maskalanmış başqa bir 'rəngli inqilab'a cəhddən və Belarus vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi olmayan konstitusiya əleyhinə bir çevrilişdən gedir" - deyə, RİA xəbər agentliyi Sergey Narışkinə istinadən bildirib.

O, Vaşinqtonu hökumət əleyhinə blogerlərə və fəallara qeyri-hökümət təşkilatları vasitəsilə təlim verməkdə və polisin təzyiqi fonunda ölkədən Litvaya qaçan müxalifət lideri Sveatlana Tixanouskaya da daxil olmaqla, müxalifəti dəstəkləməkdə günahlandırıb.

"Xarici Kəşfiyyat Agentlikləri ABŞ-ın Belarusda əsas rol oynadığını bildirir" - deyə, o bildirib.

Rusiya Qərbin etirazçıları dəstəklədiyini deyir və Gürcüstanın 2003-cü ildəki "Qızılgül İnqilabı", Ukraynanın 2003-04-cü illərdəki "Narıncı İnqilabı" kimi inqilablarda Qərbi günahlandırır.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putindən Belarusa bir neçə silah növü verməsini xahiş edən Lukaşenko ilə danışıqlar aparmaq üçün çərşənbə günü Minskə səfər edib. Lakin o, Lukaşenkonun Putindən hansı silahları istədiyini açıqlamayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG