Accessibility links

Rusiya Belarusdan narazıdır


Rusiya cümə axşamı Belarusun prezident Vladimir Putinin dəstəklədiyi hərbi hava bazasının ölkəsində yerləşdirilməsi təklifini qəbul etmədiyinə görə, yaxın müttəfiqlər arasında fikir ayrılığının "xoşagəlməz bir epizod" olduğunu bildirib.

Rusiya və Belarusun simvolik bir birliyin üzvü olmasına və biri-birilərinə inteqrasiyada dərindən yaxınlıq etmələrinə baxmayaraq, hava bazası məsələsindəki boşluq Moskvanın Qərblə soyuq müharibədən sonrakı əlaqələrinin zəifləməsinə görə ittifaq arasında məhdudiyyətlərin olduğunu nümayiş etdirir.

Rusiya Belarus iqtisadiyyatına yardım məqsədilə ona ucuz enerji və kreditlər təklif etsə də, Minsk sonda suverenliyinə təhlükə yarada biləcəyindən ehtiyat edərək, Rusiyanın bu planına qarşı çıxır.

Kreml 2015-ci ildə Belarusda hava bazası qurmaq üçün bir təklif irəli sürüb və Su-27 qırıcı təyyarələrinin həmin bazada saxlanacağına ümid edib. Lakin Rusiya ilə NATO-nun Şərqi Avropa dövlətləri arasında bufer rolunu oynayan keçmiş Sovet respublikası Moskvanın bu təklifini rədd edib.

Belarusda hərbi bazanın yaradılması planı Moskvanın qərblə münasibətlərinin pisləşdiyi - Rusiyanın Krımı ilhaq etməsi, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və Suriyadakı müharibə ilə əlaqədar sürətlə soyuqlaşdığı vaxt yaranıb.

XS
SM
MD
LG