Accessibility links

Rusiya Belarusun Polşa ilə sərhədinə hərbi paraşütçü dəstələr göndərib


Rusiya cümə günü miqrant böhranının baş veridyi Belarusun Polşa ilə sərhəd bölgəsinə hərbi paraşütçü dəstələri göndərib.

Kreml qəfil yerləşdirmənin təcili təlimlər üçün olduğunu bildirir. Lakin bu, Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədi yaxınlığında toplanması ilə eyni vaxta təsadüf edir və Avropa və Amerikanın narahatlıqlarının artmasına səbəb olur.

Moskva müttəfiqi, Belarus lideri Aleksandr Lukaşenkoya Avropa Birliyinə qarşı "hibrid müharibə" forması olaraq Polşaya miqrant axını yaratmaqda kömək etməkdə ittiham olunur.

Digər tərəfdən ABŞ-ın yüksək rütbəli rəsmiləri NATO müttəfiqləri ilə Rusiyanın 2014-cü ildə Krımın ilhaqının təkrarı olaraq Ukraynanın daha çox hissəsini ələ keçirməyi planlaşdıra biləcəyi ilə bağlı ehtimalları müzakirə edir.

ABŞ Dövlət katibi Antoni Blinken bu həftə deyib ki, “Biz Moskvanın niyyətləri ilə bağlı aydın məlumata malik deyilik, lakin biz onun oyun qaydalarını bilirik. Bizim narahatlığımız ondan ibarətdir ki, Rusiya 2014-cü ildə sərhəd boyu qüvvələr toplayıb, suveren Ukrayna ərazisinə keçərək, etdiyi işğalı yenidən həyata keçirməyə cəhd etməklə ciddi səhv edə bilər, ki, buna da yalandan təxribatın səbəb olaraq etdiyini bildirirmişdi".

Rusiya rəsmiləri Ukrayna sərhədində hərbi birləşmələri və ya Belarusa paraşütçülərin göndərilməsinin qeyri-adi və ya aqressiv bir hal olduğunu inkar edir. Rusiya Müdafiə Nazirliyi cümə günü məlumat yayaraq bildirib ki, “Rusiya paraşütçülərindən ibarət dəstə noyabrın 12-də desant qüvvələrinin döyüş hazırlığının yoxlanılması üzrə təlimlər çərçivəsində Belarusun Qrodna vilayətində naməlum ərazidə təlim həyata keçirəcək”.

Keçən həftə ABŞ Prezident Co Bayden, Belarus və Polşa arasındakı gərginlik, qarşılıqlı ittihamlar və diplomatik etirazlar fonunda hərbi addımlar və artan miqrant böhranı ilə bağlı Amerikanın narahatlığını vurğulamaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börnsi Moskvaya göndərib.

Digər tərəfdən Litva və Latviya öz sərhədlərini keçən rekord sayda miqrantın qarşısını almaq üçün Belarusla sərhədlərini hərbiləşdirir.

XS
SM
MD
LG