Accessibility links

Rusiya bir qrup Avropa diplomatını ölkədən çıxarır


Rusiya İsveç, Polşa, və Almaniyanın diplomatik nümayəndəliklərindən olan işçiləri ölkədə persona non-qrata elan edib. Neçə nəfərin siyahıda olduğu bəlli olmasa da, Xarici İşlər Nazirliyi buna səbəb onların müxalif siyasətçi Aleksey Navalnını dəstəkləmək üçün etirazlarda iştirak etməsi olduğunu deyib.

Nazirliyin 5 fevral tarixili açıqlamasında bildirilir ki, İsveç səfiri, Polşa müvəqqəti işlər vəkili və Almaniya nümayəndəsinin 23 yanvar mitinqlərində "qeyd olunan diplomatik işçilərin iştirakı" ilə əlaqədar olaraq nazirliyə çağrılıb.

"Qanunsuz aksiyalarda iştirak edən diplomatlar 18 aprel 1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq "persona non-qrata" elan edildi. Yaxın vaxtlarda Rusiya Federasiyasının ərazilərini tərk etmələri əmr edildi" - deyə, açıqlamada bildirilir.

Açıqlama Aİ xarici siyasət idarəsinin rəhbəri Cosef Borrellin həmkarı Sergey Lavrovla Moskvada görüşdündən bir neçə saat sonra Navalny-nin tutulması və hökumət əleyhinə nümayişçilərə qarşı təzyiqlər səbəbindən münasibətlərinin pisləşməsi fonunda verilib.

ABŞ-la birlikdə Aİ-nın 27 üzvündən çoxu, Putini qətlinə cəhdə sifariş verməkdə günahlandırdığı 44 yaşlı Kreml tənqidçisinin sərbəst buraxılmasını istəyir.

Aİ-nın rəsmisi bildirib ki, Borrell Lavrovla görüş zamanı diplomatların ölkədən çıxarılması ilə əlaqədar verilən qərarı "kəskin şəkildə qınayıb" və "onların xarici diplomat statuslarına uyğun olmayan fəaliyyət göstərməsi barədə iddiaları rədd edib".

Sözçü Peter Stano bu "qərara yenidən baxılmalı" olduğunu deyib.

İsveç Xarici İşlər Nazirliyinin sözçüsü də diplomatlardan birinin ölkədən çıxarıldığını bildirib. Onun haqqında mitinqdə iştirakı ilə əlaqədar iddia irəli sürülüb.

2017-ci ildən bu günə qədər ilk yüksək səviyyəli Avropa diplomatı kimi Rusyaya səfər edən Cosef Borrell səfərin gərgin şəkildə başladığını və Lavrovla ilk görüşündə "münasibətlərimiz həqiqətən çətin anda" olduğunu deyib.

Lavrov isə öz növbəsində Borrellə görüşə gedərkən jurnalistlərə Rusiya-Aİ münasibətlərinə "ədalətli bir baxışın" "çoxdan gecikdiyini" deyib.

O, Moskvanın Brüsselin getdikcə ABŞ kimi davrandığını və ölkələrə birtərəfli məhdudiyyətlər qoyduğunu hiss etdiyini də qeyd edib.


XS
SM
MD
LG