Accessibility links

Rusiya: BMT ABŞ-ın Rusiya rəsmilərinə vizaları ləngitməsinə göz yumur


Rusiya Xarisi İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarisi İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi BMT-nin baş katibini ABŞ-ın qurumun Nyu Yorkdakı qərargahına səfər etmək istəyən Rusiya rəsmilərinə vizaları ləngitmələrinə göz yummaqda günahlandırıb.

Rəsmi Moskva ABŞ-ın BMT qərargahına səfər edən rusiyalı rəsmilərə vizanı bilərəkdən ləngitdiyini bildirir. Rusiya bunun onsuz da gərgin münasibətlərə daha da zərər verə biləcəyini söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yaydığı bəyanatda BMT-yə getməyi planlaşdırılan bəzi Müdafiə Nazirliyi rəsmilərinin viza üçün "aylarla" gözləməli olduqlarını bildirib.

"Aydındır ki, BMT-nin baş katibi Antonio Qutereş bunlara açıq-aşkar göz yumur. O, Birləşmiş Ştatların BMT-nin Xartiyasını pozmasına məhəl qoymur," deyə Zaxarova bildirib.

Rusiya sentyabr ayında yüksək səviyyəli ABŞ diplomatını xarici işlər nazirliyinə dəvət edərək, rəsmi Vaşinqtonun BMT-nin Baş Assambleyasına səfər edən Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməkdən imtina etməsinin yolverilməz olduğunu bildirib.

XS
SM
MD
LG