Accessibility links

Rusiya Boltonun istefası ilə bağlı gözləntiləri olmadığını bildirib


Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov

Rusiya Xarici İşlər nazirliyi milli təhlükəsizlik müşaviri Con Boltonun vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar olaraq Vaşinqtonla münasibətlərdə münasibətlərin yaxşılaşdırılması istiqamətində gözləntiləri olmadığını bildirib.

Xarici işlər nazirinin müavini Sergey Ryabkov çərşənbə günü RİA xəbər agentliyinə bildirib ki, Moskva bundan əvvəl də Amerika administrasiyasında yerdəyişmələrin münasibətlərin yaxşılaşdırılmasına gətirib çıxarmadığını qeyd edib.

“Buna görə də yerdəyişmələr, kiminsə vəzifəsindən çıxarılması, ya da vəzifəyə təyin olunması ilə bağlı hər hansı bir gözlənti ola bilməz” – deyə, Ryabkov bildirib.

Ryabkov deyib ki, Rusiya bəyanatlar deyil, niyyətlərə əsasən nəticə çıxaracaq. Onun sözlərinə görə, dəyişikliyə inkişafın əldə edilməsi işarə edəcək.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Ağ Evin milli təhlükəsizlik müşaviri Con Boltonu vəzifəsindən kənarlaşdırdığını elan edib. Tramp xarici siyasət və müdafiə məsələlərində sərt və müdaxiləçi kimi mövqeyi ilə tanınan Boltonla İran və Şimali Koreya da daxil olmaqla bir sıra məsələlərdə ciddi fikir ayrılıqlarının olduğunu qeyd edib.

Hazırda Moskva və Vaşinqton arasında münasibətlər soyuq müharibə dövründən sonra ən aşağı səviyyədədir. Münasibətlərdə gərginliyə Ukrayna və Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə məsələləri səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG