Accessibility links

Britaniya baş naziri: “Keçmiş casusa edilən hücumun arxasında Rusiyanın dayanması ehtimalı yüksəkdir” [Video]


Britaniya baş naziri: "Keçmiş casusa edilən hücumun arxasında Rusiyanın dayanması ehtimalı yüksəkdir"
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Britaniya baş naziri deyir ki, ölkə ərazisində keçmiş rusiyalı casus Sergey Skripal və onun qızı Yuliyaya qarşı edilən kimyəvi hücumun arxasında Rusiyanın dayanması ehtimalının yüksəkdir. Təhlilçilər düşünürlər ki, bu hücuma görə Britaniya höküməti tərəfindən Rusiyaya sərt cavab verilə bilər.

Xüsusi bioloji və kimyəvi silahlar komandası 4 mart tarixindən etibarən keçmiş casus Sergey Skripal və qızı Yuliyaya hücumun edildiyi ərazidə dayanmadan axtarışlar aparıb. Britaniya baş naziri Tereza Mey bazar ertəsi qanunvericilər qarşısında çıxış edərək, bildirib ki, hücum zamanı istifadə edilən kimyəvi maddə müəyyən edilib və o, Rusiya tərəfindən hazırlanan və əsəb-sinir sinir sisteminə təsir edən “Noviçok” adlı kimyəvi maddədir.

Tereza Mey, Britaniya baş naziri: “Rusiya daha öncə də bu gücə malik olan maddələr buraxıb və indi də həmin bacarığa malikdir. Rusiyanın dövlət dəstəyilə həyata keçirilən qətllər tarixçəsi və xidmətdən geri çəkilənlərə qətl hədəfi kimi baxması ilə bağlı bizim qiymətləndirməmiz onu deməyə əsas verir ki, Sergey və Yuliya Skripala qarşı edilən hücuma görə, Rusiyanın məsuliyyət daşıması ehtimalı olduqca yüksəkdir.”

Baş nazir deyib ki, buna yalnız iki izahat var.

Tereza Mey, Britaniya baş naziri: “Bu ya Rusiya dövləti tərəfindən bizim dövlətə qarşı edilən birbaşa hücumdur, ya da ki, Rusiya höküməti böyük miqyaslı fəlakət gücünə malik olan əsəb-sinir sisteminə təsir edən maddəyə nəzarəti itirib və maddə digərlərinin əlinə keçib.”

Mey Moskvadan çərşənbə axşamı günün sonuna qədər “Noviçok” proqramı ilə bağlı tam məlumatı Kimyəvi Silahların Qadağası Təşkilatına təqdim etməsini tələb etdi. Bu edilmədiyi halda isə cavab addımlar atılacağını bildirdi. Təhlilçilər deyirlər ki, baş nazir artan təzyiqlərlə üz-üzədir.

Yan Bond, Avropa İslahatları Mərkəzi: “Göstərməlidir ki, Birləşmiş Krallıq bu məsələyə ciddi yanaşır. Bunun isə səbəblərindən biri odur ki, Mey Daxili İşlər Naziri olanda, Londonda rusiyalı Aleksander Litvinenkonun qətlinə Britaniya hökümətinin reaksiyası çox yumşaq qiymətləndirilmişdi.”

Kreml sözçüsü deyib ki, bu hücumun Rusiyaya heç bir əlaqəsi yoxdur. Ehtimal edilir ki, Britaniyanın ilk addımı Rusiya səfirliyinin bəzi əməkdaşlarının ölkədən çıxarılması olacaq.

Yan Bond, Avropa İslahatları Mərkəzi: “Rusiya səfirliyindəki məlum kəşfiyyat əməkdaşlarının çıxarılması. Daha vacibi isə, yəgin ki, bizim Rusiya prezidentinin çevrəsindəki Birləşmiş Krallıqda mülkə malik olan bəzi adamlara qarşı maliyyə rıçaqlarımız var. ”

Digər variantlar arasında Rusiyada bu il keçiriləcək Dünya Kubokunun boykotu və Kreml tərəfindən maliyyələşən kütləvi informasiya vasitələrinin qadağan edilməsi var. Britaniya cavabını Qərb müttəfiqləri ilə koordinasiya etməyə çalışır.

Lakin Rusiyanın iştirak ilə bağlı sual alan Ağ Ev sözçüsü Sara Sandersin cavabı ABŞ-ın yaxın müttəfiqi tərəfindən səsləndirilən ittihamlardan daha qısa oldu.

Sara Sanders, Ağ Ev mətbuat katibi: “Hal-hazırda, biz müttəfiqimiz Birləşmiş Krallığının yanındayıq. Düşünürəm ki, onlar məsələnin detalları üzərində işi hələ də davam edirlər. Biz Birləşmiş Krallıq ilə işləyəcəyik və birmənalı olaraq, bu prosesdə onlarla birlikdəyik.”

Tədqiqatçılar Sergey Skripalın və qızının hücum günü baş çəkdiyi yerlərdə araşdırma aparırlar. Hücum yerinə ilk gəlmiş polis əməkdaşı hal-hazırda ağır vəziyyətdədir. Təhlilçilər deyir ki, Britaniya ərazisində kimyəvi hücumun keçirilməsi sərt cavab verilməsi ehtimalını artırır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG