Accessibility links

Rusiya: Butinaya qarşı ittihamlar əsassızdır


Kreml cümə günü ABŞ məhkəməsində casus olmaqda günahkar bilinən rus qadına qarşı iddiaların "əsassız" olduğunu bildirib.

Kreml sözçüsü Dmitri Peskov cümə günü, “Ona qarşı ittihamları tamamilə əsassız hesab edirik” deyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Mariya Butinanın günahını boynuna alması “ABŞ-da geniş yayılmış razılığa gələrək azadlığa buraxılmaq və tez bir zamanda evinə qayıtmaq” üçün sövdələşmənin bir hissəsidir.

Cümə axşamı Butina Vaşinqtonda Kremlin casusu olaraq ABŞ-da silahdan istifadə hüququnu dəstəkləyən təşkilat olan Milli Tüfəng Assosiasiyası (NRA) ilə təmas qurub və Moskvaya informasiya ötürmək üçün Respublikaçılar Partiyasının üzvləri ilə əlaqələr yaratmağa çalışdığını boynuna alıb.

Butina Vaşinqtonda Kremlin casusu olaraq ABŞ-da silahdan istifadə hüququnu dəstəkləyən təşkilat olan Milli Silah Assosiasiyası (NRA) əlaqələr yaradıb.
Butina Vaşinqtonda Kremlin casusu olaraq ABŞ-da silahdan istifadə hüququnu dəstəkləyən təşkilat olan Milli Silah Assosiasiyası (NRA) əlaqələr yaradıb.

2018-ci ilin iyul ayında Butina qeydiyyatdan keçməmiş Rusiya agenti olaraq saxlanılıb. O zaman Butina özünü təqsirkar bilməmişdi.

Lakin ABŞ hakimi Tanya Çatkana qarşısına çıxan Mariya Butina əslində Rusiya hökümətinə işlədiyini etiraf edib.

Prokurorların onun ərizəsini dəyişdirmək barədə razılığın bir hissəsi kimi, 30 yaşlı qadın Rusiyanın ABŞ-ın siyasi məsələlərinə müdaxiləsini araşdırmaqda prokurorlara kömək etməyə razılıq verib.

O, göstərişləri aprel ayından Rusiya prezidenti Vladimir Putinlə əlaqələri olduğu üçün ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən sanksiyalara məruz qalan Rusiya Mərkəzi Bankının direktor müavini Aleksander Torşin tərəfindən aldığını bildirib.

Butina fevralın 12-ə qədər iki ay müddətinə azadlıqdan məhrum edilsə də, onu beş ilədək həbs cəzası gözləyir. O müəyyən həbs müddəti çəkdikdən sonra öz vətəninə deportasiya edilə bilər.

Mariya Butina göstərişləri Rusiya Mərkəzi Bankının direktor müavini Aleksander Torşin tərəfindən aldığını bildirib
Mariya Butina göstərişləri Rusiya Mərkəzi Bankının direktor müavini Aleksander Torşin tərəfindən aldığını bildirib

Butina NRA əlaqəli Respublikaçı fəal Paul Erikson ilə şəxsi əlaqələr qurub və onunla birlikdə yaşayıb. O Vaşinqtondakı Amerika Universitetində beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb. O ABŞ-da bir neçə siyasi tədbirlərdə iştirak edib, silahlarla şəkillər çəkdirib və 2017-ci ildə Vaşinqtonda hər il əsasən ABŞ siyasətçilərinin iştirak etdiyi Milli Dua Ziyafətində iştirak edib.

Daha öncə bu həftə Putin iyul ayında həbs olunana qədər Butina haqda eşitmədiyini bildirib. Putin deyib ki, o Rusiya Təhlükəsizlik işçilərindən Butina haqda soruşduqda, ona “heç kim onu tanımır” xəbəri verilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG