Accessibility links

Rusiya casusluqda şübhəli bildiyi ABŞ vətəndaşını həbs edib


Rusiya casusluq etməkdə şübhəli bildiyi ABŞ vətəndaşını həbs edib.

Rusiyanın Federal Təhlükəsizlik Bürosunun bazar ertəsi yaydığı bəyanatında keçən cümə Moskva ərazisində amerikalının həbs edildiyi və ona qarşı cinayət işinin açıldığı deyilir.

Bəyanatada həmin amerikalının adı Pol Vilan kimi göstərilir.

Həbsin təfərrüatı və saxlanılan şəxsin törətdiyi cinayətin mahiyyəti haqqında əlavə məlumat verilmir.

Birləşmiş Ştatlar bu hadisə ilə bağlı heç bir bəyanat yaymayıb.

XS
SM
MD
LG