Accessibility links

Rusiya casusluqda ittiham olunan amerikalını zaminə buraxmaqdan imtina edib


Rusiyada casusluqda ittiham olunan amerikalı ən azı gələn ayın sonuna qədər həbsdə qalacaq.

Çərşənbə axşamı ABŞ-ın keçmiş dəniz piyadası Pol Uilan zaminə buraxılmadıqdan sonra məhkəməyə geri dönüb. O, ötən ay Moskvada həbs edilib.

Onun ailəsi onun günahsız olduğunu və Moskvaya toyda iştirak etmək üçün getdiyini bildirib.

Rusiyanın Uilandan Mariya Butinanın azad edilməsi üçün istifadə etdiyinə dair şayiələr gəzir.

Kremlin nəzarət etdiyi casus olduğunu etiraf edən Butina Amerikanın mühafizəkar siyasi hərəkatına nüfuz etməkdə günahkar bilinib.

Mariya Butina ABŞ-da xarici casus kimi fəaliyyət göstərməkdə ittiham olunub.

Kreml casusların mümkün mübadiləsi üçün Uilanın saxlanması iddiasını rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG