Accessibility links

Rusiyada COVID-19-dan gündəlik ölüm halları rekord həddə çatıb


Rusiyada COVID-19-dan gündəlik ölüm halları 887 nəfər olmaqla, artıq son dörd gündür ki, rekord həddə çatıb. Bu barədə koronavirusla mübarizə üzrə federal qərargah məlumat yayıb.

Ümumilikdə son sutka ərzində 24 522 yeni yoluxma halı qeydə alınıb.
Bir gün əvvəl isə 867 ölüm, 23,888 yeni yoluxma halının qeydə alındığı bildirilmişdi.

Moskvada bir gündə 3993, Sankt-Peterburqda 2281, Moskva vilayətində 1339, Nijni Novqorod vilayətində 572, Sverdlovsk vilayətində 533 yoluxma halı qeydə alınıb.

Federal qərargahdan verilən məlumata görə, pandemiya başlayandan bəri Rusiyada 7,535,548 nəfərdə COVID-19 aşkarlandın, 208,142 nəfər isə koronavirusdan ölüb. Son bir gün ərzində ölkədə 19 955 nəfər koronavirusdan müalicə olunub.

Oktyabrın 1-dən etibarən Moskvada ARVI simptomları olan bütün xəstələr koronavirusa qarşı sürətli antigen testindən keçəcək və müsbət nəticə xəstəliyin təsdiqlənməsi sayılacaq. COVID-19 testi müsbət çıxanlar təcrid olunmağa göndəriləcək.

Moskva merinin müavini Anastasiya Rakova ekspress testlərin "yüksək həssaslığa" sahib olduğunu - 85% hallarda nəticələrin PCR ilə üst-üstə düşdüyünü bildirib. Belə bir test 10-20 dəqiqə ərzində COVID-19 diaqnozu qoymağa imkan verir.

Bu arada paytaxtın Ticarət və Xidmət departamentinin müdiri Aleksey Nemeryuk paytaxtda əlavə məhdudiyyətlərin tətbiqindən danışmağın hələ tez olduğunu deyib.

"Bu barədə danışmaq hələ tezdir. Biz müşahidə edəcəyik. 2,5-3,5 min arasında artımlar və sıçrayışlar var. Səhiyyə bu sıçrayışa hazırdır" deyə, Nemeryuk "Exo Moskvı" radiosuna bildirib.

Onun sözlərinə görə, maska taxmaq "həkimlər tərəfindən verilən və mer tərəfindən təsdit edilən məcburi prosedurdur".

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG