Accessibility links

Rusiya prezidenti koronavirusla bağlı məhdudiyyətlərin yüngülləşdirildiyini elan edib


Rusiya prezidenti Vladimir Putin koronavirusla bağlı məhdudiyyətlərin yüngülləşdirildiyini elan edib.

Bazar ertəsi etdiyi çıxışında Putin mayın 12-dən etibarən ölkə daxilində "işləməmək" dövrünün bitəcəyini, lakin hansı sənaye müəssisələrinin yenidən açılacağına qərarın bölgə rəhbərlərinin verəcıyini deyib.

Putin iş yerlərinin qorunması və iqtisadiyyatı ayaqda saxlamağın vacib olduğunu deyib, lakin daha bir COVID-19 dalğasının qarşısını almaq üçün tədbirlər görüldüyünü və məhdudiyyətlərin tədricən qaldırılmalı olduğunu vurğulayıb.

Rusiya koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın sonlarında zəruri olmayan bütün müəssisələrin işini dayanlrmaq qərarı verib.

Putin kabinetinə və Milli Koronavirus İş Qrupuna Rusiya daxilində məhdudiyyətlərin tədricən qaldırılması ilə bağlı tövsiyələr hazırlamağı tapşırıb. O, həmçinin onlara iyunun 1-nə qədər "fəaliyyət və iqtisadi bərpa planı" hazırlamağı tapşırıb.

XS
SM
MD
LG