Accessibility links

Son 24 saat ərzində Rusiyada COVID-19-dan 1105 nəfər ölüb


Rusiya, Ukrayna və Rumıniya COVID-19-un Delta variantının dağıdıcı təsirinin gündəlik ölüm sayını ən yüksək həddə çatdırdığını bildirib.

Oktyabrın 19-da Moskvadakı Koronavirusla Mübarizə Mərkəzinin bildirdiyinə görə, son 24 saat ərzində 1105 nəfər ölüb və bununla Rusiyada COVID-19-dan ölənlərin sayı 225325-ə çatıb. Bu, Birləşmiş Ştatlar, Braziliya və Hindistan sonra dünyada dördüncü ən yüksək göstəricidir. Bir çox mütəxəssis qurbanların sayının daha çox olduğunu güman edir.

Bu arada, Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburqun rəsmiləri koronavirusa yoluxma hallarında artımın qarşısını almaq üçün məhdudiyyətləri sərtləşdirəcəklərini bildirib.

Oktyabrın 18-də elan edilən məhdudiyyət tədbirlərinə böyük izdihamlı yerlərə girişi tənzimləmək üçün icazə lazım olacaq.

Şəhər qubernatorunun müavini Boris Pyotrovski noyabrın 1-dən başlayaraq, çox insanın toplaşdığı idman və ya mədəni tədbirlərdə iştirak etmək üçün insanların QR kodu göstərməli olacağını deyib.

QR kodunu tam peyvənd edilmiş və ya son 72 saat ərzində COVID-19 testi mənfi olan insanlar ala biləcək.

Noyabrın 15-dən etibarən məhdudiyyətlər üzgüçülük hovuzları, fitnes mərkəzləri, teatrlar, kinoteatrlar, muzeylər və sirklərə də şamil ediləcək.

Məhdudiyyətlərə dekabrın 1-dən etibarən 5 milyon əhalisi olan şəhərdəki restoranlar və əksər mağazalar da daxil ediləcək.

Sankt-Peterburq yoluxma sayına görə Moskvadan sonra ölkənin ikinci şəhəridir.

Rəsmi məlumatlara görə, pandemiya başlayandan bəri Sankt-Peterburqda koronavirusa təxminən 667000 yoluxma, azı 22964 ölüm halı qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG