Accessibility links

Rusiya dörd media təşkilatını "xarici agent" siyahısına əlavə edib


.
.

Rusiya daha dörd media orqanına “xarici agent” damğasını vurub və onları tənqidçilərin dediiynə görə, Kremlin bu ay keçiriləcən ümummilli parlament seçkilərindən öncə müstəqil mediaya qarşı sürətlənən kampaniyasında hədəf alınan xəbər agentlikləri və fərdi jurnalistlərin siyahısına əlavə edib.

Ədliyyə Nazirliyi sentyabrın 3-də elan edib ki, dörd hüquqi qurumu mübahisəli “xarici agent funksiyasını yerinə yeritən xarici media” reyestrinə əlavə edib. Bunlar Altair 2021 LLC, Vega 2021 LLC, Editor-in-Chief 2021 LLC, and Romashki Monolit LLC-dir.

Dörd qurumun hər biri adları daha öncə reyestrə daxil edilən şəxslər tərəfindən təsis olunub: Open Media-nın keçmiş müxbiri Maksim Qlinken və İlya Rojdestvenski, Open Media-nın keçmiş baş redaktoru Yuliya Yaroş və Proyekt-in keçmiş jurnalistləri Yuliya Lukyanova, Sonya Qroysman, Mariya Jeleznova, Olqa Çurakova və Pyotr Manyaxin.

Araşdırmaçı xəbər agentliyi olan Proyekt iyul ayında “arzuolunmaz” təşkilat elan edildiyi zaman neytrallaşdırılıb. Bu addım Kremlin 17-19 sentyabr tarixlərində keçiriləcək və Dövlət Dumasını, habelə bəzi regionların başçıları və şəhər merlərini müəyyən edəcək seçkidən öncə müstəqil mediaya təqiblərinin artırması olaraq görülürdü.

Proyekt Rusiyanın hakim elitası ilə bağlı ətraflı tədqiq edilmiş, xoşagəlməz və bəzi hallarda hətta utandırıcı araşdırmalar dərc edib.

Open Media ötən ay vebsaytının Rusiya rəsmiləri tərəfindən blok edilməsindən sonra bağlanıb. Xəbər agentliyi həmin zaman vebsaytının bloklanmasının səbəbi ilə bağlı izahat almadığını bildirib. Open Media Kremlin tənqidçisi və sürgündə yaşayan Mixail Xodorkovskidən qrant aldığını etiraf etsə də, heç vaxt “arzuolunmaz” təşkilatlarla işləmədiyini bildirib.

“Xarici agent” siyahısına əlavə olunan dörd yeni qurumla “xarici agent və ya “arzuolunmaz” damğası vurulan media qurumları və jurnalistlərinin sayı artır.

Rusiyanın mübahisəli “xarici agent” qanun layihəsi 2012-ci ildə qəbul olunub və dəfələrlə dəyişdirilib. Bu qanun layihəsinə əsasən xarici yardım alan və hökumətin siyasi fəaliyyətlə məşğul olduğunu düşündüyü qeyri-hökumət təşkilatları qeydiyyatdan keçməlidirlər, özlərini “xarici agent” adlandırmalı və yoxlanışlardan keçməlidirlər.

2015-ci ilin may ayında qəbul olunan və o zamandan bəri yenilənən “arzuolunmaz” təşkilat qanunu Kremlin xarici mənbələrdən, xüsusilə də Avropa və Birləşmiş Ştatlardan maliyyə alan qeyri-hökumət və qeyri-kommerisya təşkilatlarına təzyiq göstərən Kreml tərəfindən tətbiq olunan bir sıra nizamlamaların bir hissəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG