Accessibility links

Rusiya koronavirusla bağlı dezinformasiya yaymaqda günahlandırılır, Putin iddiaları rədd edir


Avropa İtifaqı Rusiya mediasının Qərbdə koronavirusla bağlı əhəmiyyətli dezinformasiya kampaniyası ilə təşviş və inamsızlıq yaydığını bildirib.

İngilis, ispan, italyan, alman və fransız dilllərində aparılan kampaniyanın ziddiyyət, və çaşqınlıq yaratdığı deyilir. Qurumun bəyanatında deyilir ki, bu kampaniya Avopa İttifaqının virusla bağlı cavab təbirləri həyata keçirməsini ağırlaşdırır.

Bu iddiları rədd edən Kreml onları əsassız və sağlam düşüncədən uzaq adlanıdırb.

Aİ mütəxəssisləri yanvar ayının 22-dən bəri koronavirusla bağlı təqribən 80 dezinformasiya yayıldığını müəyyən edib.

Kreml sözçüsü Dmitri Peskov qurumun sənədində heç bir spesifik nümunə göstərilmədiyini deyib.

“Biz bir daha anti-Rusiya kampaniyasının nəticəsi olaraq əsassız iddialarla üzləşmişik” - deyə, Peskov bildirib.

Avropa İttifaqının sənədində Litva və Ukrayna nümunə kimi göstərilib. Bildirilib ki, Rusiyanın maliyyələşdirdiyi ispandilli RT Spanish yanvar və mart ayları arasında koronavirusla baölı xəbərlərin ən çox paylaşıldığı 12-ci xəbr mənbəyi olub.

Avropa İttifaqı və NATO Rusiyanı dezinformasiya da daxil edilməklə, Qərb icmaları arasında parçalanma yaratmağa yönələn gizli hərəkətlərdən əl çəkməyə çağırıb.

Rusiya bu ittihamları rədd edib. Prezident Vladimir Putin deyib ki, Rusiyanın düşmənləri təşviş yaratmaq üçün saxta məlumatlar yaymaqda davam edir.

Avropa İttfaqı fevral ayında Ukraynada baş verən iğtişaşlara bu cür dezinformasiyanın nəticələrinə nümunə olaraq istinad edib.

Bundan əlavə Rusiyanın koronavirusun yayılmasında ikinci yerdə olan İtaliyada da saxta xəbərlər yaydığı bildirilir.
XS
SM
MD
LG