Accessibility links

Rusiya din azadlıqlarını kobud şəkildə pozan ölkələr siyahısına daxil edilib


ABŞ Dövlət Departamentinin illik hesabatında deyilir ki, Rusiya din azadlıqlarını pozan ölkələrin qara siyahısına daxil edilib. Bu barədə Dövlət Departamentinin illik hesabatında bildirilir.

“Myanma, Çin Xalq Respublikası, Eritreya, İran, Koreya Xalq Demokratik Respublikası, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistan din azadlıqlarına qarşı sistemli şəkildə seqreqasiyyaa yol verdikləri üçün xüsusi narahatlıqlar yaradan ölkələrdir“ - deyə, ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Əlcəzair, Kuba, Nikaraqua və Komor adaları dini etiqad azadlığının pozulmasına görə xüsusi müşahidə siyahısına salınıb. Əvvəllər bu siyahıya Rusiya da daxil idi.

"Müasir dünyada dini etiqad azadlığı ilə bağlı çətinliklər struktur, sistemli və dərin köklərə malikdir. Onlar nifrət və dözümsüzlüyə qarşı davamlı və qlobal öhdəlik tələb edir. Onlar təcili olaraq, beynəlxalq ictimaiyyətin diqqətini tələb edir" - deyə, Blinken əlavə edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar dini azadlıqlara riayət olunması ilə bağlı yerli qanunlardakı “səhvləri düzəltmək” üçün bir sıra ölkələrin hakimiyyət orqanlarına “təzyiq göstərməkdə” davam edəcək.

2016-cı ildə Rusiyanın qara siyahıda olduğu vaxt hesabat müəllifləri Rusiya hökumətinin ümumiyyətlə “yəhudi və ya xristian dini birliklərinin”, müsəlmanların, eləcə də Rusiya Federasiyasında ekstremirst qruplar kimi tanınan Yehovanın Şahidləri, Pyatidesyatniki və Sayentologi qrupların fəaliyyətini məhdudlaşdırdığını bildirib.

XS
SM
MD
LG