Accessibility links

Rusiyada dissidentlərin taleyi Çar və Sovet dönəmindəki durumdan fərqlənmir [Video]


Rusiyada Dissidentlər
please wait

No media source currently available

0:00 0:02:52 0:00
Vladimir Putinin ötən may ayında Kremlə qayıdışı Rusiyaya yeni mühafizəkar cərəyan gətirib. Amerikanın Səsinin müxbiri Ceyms Bruk yeni nəsil rus dissidentlərin üzləşdikləri seçimlər haqda reportaj hazırlayıb.

Keçən ilin may ayında Moskvada rusiyalı müxaliflər prezident Vladimir Putinin inaqurasiyasına etiraz etdilər.

Polis aralarında müxalifətçi lider Leonid Razovzjayevin də olduğu etirazçılar sırasına tərəf yeridi.

Budur o - qara gödəkcədə. Leonid prezident Putinə qarşı nümayişlərdə ittiham olunan 19 nümayişçidən biridir.
İnsanlara deyin ki, mənə işgəncə veriblər. Onlar məni öldürəcəklərini deyiblər. Onlar mənə iki gün işgəncə veriblər. Məni Ukraynada oğurlayıblar.


Ancaq Razovzjayev Rusiya müxalifəti üçün yenilik edib – ölkədən qaçıb. O, BMT-yə Ukraynada sığınacaq almaq üçün müraciət edib.

Amma bir gün o qəhvə içmək üçün Kiyevdə hüquq ofisindən çıxandan sonra qeyb olub. Daha sonra o Moskvada həbsdən məhkəməyə aparılarkən kameralar qarşısında üzə çıxıb.

“İnsanlara deyin ki, mənə işgəncə veriblər. Onlar məni öldürəcəklərini deyiblər. Onlar mənə iki gün işgəncə veriblər. Məni Ukraynada oğurlayıblar.”

Kiyevli fəal Maksim Butkeviç bunun yaxşı əlamət olmadığını deyir:

"Aydın olaraq bu, onu göstərir ki, Ukrayna siyasi sığınacaq almaq istəyənlər üçün təhlükəsiz ölkə deyil."

Moskvada yaşayan Yulya Razvozjayeva Sibirdəki İrkutst həbsxanasında qalan həyat yoldaşından narahatdır.

"Mən onun həyatından nigaranam... Ora İrkutskdakı ən sərt istintaq mərkəzidir. Fiziki və psixoloji işgəncələrin tez-tez tətbiq olunduğu yerdir. Ancaq Allaha şükür hələlik ona heç bir fiziki təzyiq göstərməyiblər. Amma ora çox sərt istintaq mərkəzidir."
Mən onun həyatından nigaranam... Ora İrkutskdakı ən sərt istintaq mərkəzidir. Fiziki və psixoloji işgəncələrin tez-tez tətbiq olunduğu yerdir. Ancaq Allaha şükür hələlik ona heç bir fiziki təzyiq göstərməyiblər. Amma ora çox sərt istintaq mərkəzidir.


Rusyanın təsir dairəsi Ukraynadan da uzağa gedir. Nümayiş iştirakçısı Aleksandr Dolmatov keçən ay Rotterdam hava limanı yaxınlığındakı müvəqqəti saxlama məntəqəsində özünə qəsd edib. Hollandiya rəsmiləri onun siyasi sığınacaq müraciətini rədd etmişdi. Onun anası deyir ki, Rusya təhlükəsizlik nümayəndələri raket mühəndisi Dolmatovu ölkəyə döndüyü halda xəyanətdə ittiham olunacağını demişdilər.

Başqa rusiyalı etirazçı Anastasiya Rıbaçenko isə bir az rahatdır. O, Estoniyada universitet təhsilini davam etdirir. Amerkanın Səsinə Skype müsahibəsində deyib:

"Razvozjaevin vəziyyətinə baxdıqda mən təhlükəsizlikdən o qədər də narahat deyiləm. Estonia Avropa Birliyindədir və mən düşünmürəm Rusiya buradan kimisə oğurlaya bilər."

Rusyadan qaçan başqa bir fəal Suren Qazaryan, həmçinin Estoniyada özünü salamat hiss edir. Amma o, gələcəkdə Rusiyada dəyişiklərin olacagına inanır.

"Düşünürəm ki, Putinin sistemi çökəndən sonra mən geri qayıda biləcəyəm."

Sibirdə həbsxana? Qərbə qaçış? Rusiyada müxaliflər Çar və Sovet vaxtlarında bu seçimlə çox üzləşiblər. İndi prezident Putinin hakimiyyəti dövründə bu seçimlər yenidən Rusiyaya qayıdıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG