Accessibility links

Dumada əks-sanksiya qanunu qəbul edilib


Rusiya parlamentinin aşağı palatası Dumada Birləşmiş Ştatlar və qanunvericilərin bildirdiyinə görə, Moskvaya “qeyri-dostcasına münasibət bəsləyən digər ölkələrə” qarşı əks-sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Çərşənbə günü qanun layihəsinin üçüncü və sonuncu oxunuşda müzakirələri zamanı qanunvericilər əks-sanksiyaların Rusiyanın təhlükəsizliyi və maraqlarının müdafiəsi məqsədilə zəruri olduğunu qeyd edib. Qanun layihəsinin asanlıqla parlamentin yuxarı palatasında təsdiq ediləcəyi və bundan sonra imzalanmaq üçün prezident Putinə göndəriləcəyi gözlənilir.

Qanun layihəsi Rusiya prezidentinə ABŞ və Kremlin Rusiyaya düşmən münasibət bəslədiyini hesab etdiyi digər ölkələrdən ticarət mallarının idxalının qadağan edilməsi üçün geniş səlahiyyətlər verir.

Moskvada RUSAL alüminium şirkətinin qərargahı
Moskvada RUSAL alüminium şirkətinin qərargahı

Lakin qadağan edilən məhsulların Kreml tərəfindən müəyyən edilməsi ölkədə istehsal olunmayan mühüm tibbi preparatlar da daxil olmaqla, digər məhsullara qadağa qoyulmasının Rusiyada istehlakçılar və şirkətlərə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

Qanun layihəsinin qəbul edilməsi Kremlin aprel ayında ABŞ və başqa ölkələr tərəfindən Rusiya şirkətləri və ayrı-ayrı şəxslərə qarşı tətbiq edilən sanksiyalara cavab kimi qiymətləndirilir. Birləşmiş Ştatlar administrasiyası bu qərarın Rusiya tərəfindən “zərərli fəaliyyətlərlə” əlaqədar olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp Rusiya oliqarxları və böyük şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsi barədə keçən ay qərar verib.

Amerikanın sanksiyaları Rusiyanın polad və aluminum şirkətlərini hədəf alıb. Bu addım qısa müddətdə dünya bazarında təlatüm yaratmış və Rusiyadan ixracatın kəskin azalması ilə nəticələnmişdir.


XS
SM
MD
LG