Accessibility links

Rusiyada hərbçilərə smartfon gəzdirmək qadağan edildi


Rusiya Federasiyasının Dövlət Duması sonuncu – üçüncü oxunuşda hərbçilər və zabitlərə məlumatları qeydiyyata almaq və yaddaşda saxlamaq, habelə internetə qoşulmaq üçün telefon və digər vasitələrdən istifadəni qadağan edən qanun qəbul edib.

Sadə düyməli fotokamerası olmayan telefonlar qadağan olunmayacaq.

Hərbçilərə internetdə jurnalistlərə hərbi xidmət barədə, sabiq iş yoldaşları və onların qohumları barədə məlumat vermək qadağan olunacaq.

Hərbçilərə həmçinin internetdə jurnalistlərə hərbi xidmət barədə, sabiq iş yoldaşları və onların qohumları barədə məlumat vermək qadağan olunacaq.

408 deputat qanun layihəsinin lehinə səs verib. Əleyhinə səs verən olmayıb.

Hüquq müdafiəçilərinin fikrincə, əsgərlərə təsir göstərəcək qanun Rusiya ordusundakı `dedovşina` hallarının artmasına səbəb ola bilər.

• Sosial şəbəkələr sayəsində jurnalistlər, müstəntiqlər və mütəxəssislər Ukraynada 2014-cü ildə Rusiya qoşunlarının və 2015-ci ildən isə Suriyadakı iştirakını birbaşa və ya dolayı yolla təsdiqlənməsinə nail ola biliblər.

• Sosial şəbəkələrdə olan fotoşəkillər, Suriyada Rusiyanın əməliyyatının 2015-ci ilin sentyabr ayında tammiqyaslı hazırlanmasına dair əməliyyatların başlamasından bir neçə həftə əvvəl danışmağa imkan verib.

Kremlə tabe qüvvələrin məxfi missiyalar zamanı sosial mediada məlumat paylaşmaları Rusiyanın propaqanda və dezinformasiya səylərini əngəlləyib.
Kremlə tabe qüvvələrin məxfi missiyalar zamanı sosial mediada məlumat paylaşmaları Rusiyanın propaqanda və dezinformasiya səylərini əngəlləyib.

Sosial şəbəkələrdən gələn məlumatlar araşdırmaçı jurnalistlərə 2014-cü ildə Malayziyanın Boeing təyyarəsinin Donbas üzərində vuran Buk kompleksinin rus mənşəyini, eləcə də Rusiyanın Suriyadakı dinc obyektlərini bombardmanlarının faktlarını təsdiqləməyə kömək edib.

• Rusiyanın tarixində ən böyük hərbi təlimlər başladıqdan sonra sosial şəbəkələrdə "Vostok-2018"-in əsgərlər və hərbi texnika ilə görülə bilən postları yaranıb.

XS
SM
MD
LG