Accessibility links

Ekvador xarici işlər naziri Snoudenə sığınacaq məsələsini nəzərdən keçirir


Ekvador rəsmiləri bildirib ki, Amerika rəsmilərinin casusuluqda ittiham etdikləri ABŞ kəşfiyyat orqanlarının sabiq texniki işçisinə sığınacaq verib-verilməməsi məsələsi bir neçə ay çəkə bilər.

Xarici işlər naziri Rikardo Patino Moskva hava limanında transit zonada olan Edvard Snoudenlə Wikiliks internet saytının təsisçisi, hal-hazırda Londonda Ekvador səfirliyində sığınacaq tapmış Culian Assanjın işini müqayisə edib.

Cənab Patino Malaziyada mətbuat konfransında ölkəsinin Assanja siyasi sığınacaq vermə qərarının iki ay çəkdiyini deyib. O bunun Snouden üçün də bu vaxtdan daha tez olacağını düşünmədiyini bildirib. Nazir Snoudenə sığınacaq verildiyi təqdirdə Birləşmiş Ştatlarla ticari əlaqələrə bunun təsirləri də daxil olmaqla ölkəsinin müxtəlif amilləri nəzərdən keçirməli olduğunu deyib.

Snouden dördüncü gündür ki, Moskva hava limanında tranzit zonadadır. ABŞ rəsmiləri onun Rusiyadan ekstradasiya edilməsi üçün səyləri davam etdirir.

Rusiya prezidenti Vladimir Putin Snoudenin Şeremetyevo hava limanında tranzit zonada olduğunu təsdiqləyib, ancaq onu Vaşinqtona təhvil vermək fikrində olmadığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG