Accessibility links

Rusiyada hərbi təlimlər zamanı yoldaşlarına atəş açan əsgər öldürülüb


Rusiyanın uzaq şərqindəki rəsmilər bildiriblər ki, hərbi təlimlər zamanı həmkarlarına atəş açan əsgər tapılıb və öldürülüb.

Hərbçilərin dediyinə görə, üç hərbi xidmətçini öldürən və daha iki nəfəri yaralayan əsgər, hadisə yerindən qaçıb və şənbə günü kütləvi axtarış nəticəsində yeri müəyyən edildikdən sonra müqavimət göstərdiyi üçün öldürülüb.

Cümə günü Çin ilə sərhəddə yerləşən Beloqorsk şəhəri yaxınlığında baş verən insident zamanı əsgər, Kalaşnikov tüfəngi ilə hədəfin vurulması məşqi üçün növbədə dayanan yoldaşlarına atəş açmışdı.

Beloqorsk şəhərinin rəhbərliyi bildirir ki, əsgər Rusiyanın Şimali Qafqaz regionunun Dağıstan ərazisindən gəlib.

Müdafiə naziri Sergey Şoydu atışmanı araşdırmaq üçün hadisə yerinə komissiya göndərib.

XS
SM
MD
LG