Accessibility links

Rusiya fırıldaqçılıq şübhəsi ilə amerikalı investoru həbs edib


Maykl Kalvi
Maykl Kalvi

Rusiya Moskvada qərargahlanan Baring Vostok adlı özəl kapital qrupunun təsisçisi, amerikalı investor Maykl Kalvini fırıldaqçılıq şübhəsi ilə həbs edib.

Moskvanın Basmannı rayon məhkəməsinin sözçüsü deyir ki, Kalvi şirkətin digər üzvləri ilə birlikdə cümə axşamı həbs olunub. Məhkəmə cümə onları həbsdə qalıb-qalmayacaqlarına dair qərar çıxaracaq.

Prokurorlar iddia edir ki, qrupu 1994-cü ildə təsis edən Kalvi 37.5 milyon dollar pul oğurlamaq üçün həmkarı ilə iş birliyi edib. Əgər təqsirli tanınsalar, onlar 10 il həbs cəzası ilə üzləşə bilər.

İnterfaks xəbər verir ki, Kalvinin polis tərəfindən saxlanılmasına Baring Vostokun nəzarətçi səhmdarı olduğu Rusiyanın Vostoçnı Bankı ilə bağlı mübahisə səbəb olub.

Portfoliosu Sibir və Uzaq Şərq bazarlarına əsaslanan Vostoçnı aktivlərə görə, Rusiyanın 30 ən böyük bankı arasında yer alır.

Baring Vostoku təsis etmədən öncə Kalvi Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Salomon Brothers-də işləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG