Accessibility links

Rusiya futbolunun gələcəyi [Video]


Rusiya futbolunun gələcəyi
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Rusiya futbolunun gələcəyi

Rusiyanın FİFA Konfederasiyalar Kuboku və 2018-ci il Dünya Kuboku çempionatlarını təşkil etməsi Rusiya futboluna olan ümidləri artırıb.

Rusiya futbolunun beynəlxalq səviyyədə tanınması BBC və Mərkəzi Sovet Televiziyası vasitəsilə yayımlanan 1966-cı il Dünya Kuboku çempionatından sonra başladı. O zaman Sovet İttifaqı İtaliya, Çili və Macarıstanı məğlub edərək 4-cü yerə sahib olmuşdu.

Yarım əsr sonra həmin çempionatda iştirak oyunçuların bəziləri Rusiyanı yenidən dünyanın ən yaxşı 4 komandasından biri kimi görmək arzusundadır.

FİFA Konfederasiyalar və 2018-ci il Dünya Kuboklarına ev sahibliyi edəcəyi üçün Rusiya milli komandası birbaşa çempionatda iştirak etmək hüququ qazanır.

Rusiyanın futbol ulduzları məqsədlərinin aydın olduqlarını deyiblər.

Denis Qluşakov - Spartak Moskvanın kapitanı

“Əlbəttə ki, məqsədimiz addımbaaddım finala çatmaqdır. Əvvəlcə biz 1-ci və 2ci oyunu oynayaq, ondan sonra mən deyə bilərəm ki, biz finala çıxacağıq ya yox.”

Ponomaryovun sözlərinə görə, Rusiya futbolu Sovet vaxtında olan ehtirasını itirib.

Vladimiz Ponomaryov - SSRİ yığmasının müdafiəçisi

“Lakin, biz öz üzərimizdə işləməyə və böyüməyə davam edirik. Bütün bunların nəticəsi olaraq biz də Avropa komandaları kimi güclü olacağıq. Konfederasiyalar Kuboku oyunları Rusiya futbolunun səviyyəsini göstərəcək."

Həmçinin Konfederasiyalar Kuboku Rusiya gələn il keçiriləcək Dünya Kubokuna hazırlığının səviyyəsini də müəyyən edəcək.

Ponomaryov Rusiya futbolunun gələcəyinə inamını və dəstəyini əsirgəmir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG