Accessibility links

Gallup: Rusların beşdə biri ölkəni tərk etmək istəyir


Gallup: Rusların beşdə biri ölkəni tərk etmək istəyir
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Ekspertlərin fikrincə qarşıdan gələn bir neçə onillik ərzində Rusiya əhalisinin sayı kəskin şəkildə azalacaq və bunun ölkə iqtisadiyyatına böyük təsiri olacaq. Onlar gənc və təhsilli mütəxəssislərin mühacirətinin bu tendensiyanın əsas səbəblərindən biri olduğunu deyirlər. Bu il keçirilən Gallup sorğusu göstərib ki, rusların beşdə biri ölkəni tərk etmək istəyir. Bu isə beş il əvvəllə müqayisədə üç dəfə çoxdur.

Dünyanın hər yerində olduğu kimi Rusiyada da gənc və enerjili olmaq, hərəkətdə olmaq demıkdir. Lakin burada, Permdə gənclərin çoxu deyir ki, yaşadıqları natahatlıqlar onları ölkəni tərk etməyə məcbur edir. Dmitri: “Mən burada özümü təhlükəsiz hiss etmirəm. Mən bu ölkədə stabilliyin olmadığını düşünürəm.”

Dmitri Moskvadan 1500 km. şərqdə yerləşən Perm şəhərindəki taxta zavodunda mühəndis işləyir. Onun və başqalarının ölkəni tərk ermək istəyinin səbəblərindən biri Sovet dövründə inşa edilən zavodda ayda çox az, 400-dən 600 dollara qədər maaş almalarıdır.

Bundan əvvəl digər üç vilayətdə müxtəlif şəhərlərdə yaşayan Dmitri Rusiyanın gələcəyi olmadığını düşünür. “Burada bütün sahələrdə pozuntular var. İnsan haqları və qanunlara əməl olunmur.”

Bu yaxınlarda keçirilən Gallup sorğusu prezident Vladimir Putini dəstəkləyənlərdən yalnız 12 faizinin, prezidentin siyasətini dəstəkləməyənlərin isə 40 faizinin ölkəni tərk etmək istədiyini göstərib. Lakin neft və qaz sənayesinin sürətlə inkişaf etdiyi Rusiya hələ də sonsuz imkanlara malikdir. Maksim: “Rusiyada qalmaq? Əlbəttə, mən burada qalmaq istəyirəm. Mən burada oxuduğum və işlədiyim üçün xoşbəxtəm.”

Maksim Permin prestijli Perm Politexnik universiyetini əla qiymətlərlə bitirib və Rusiyanın inkişaf edən yanacaq sənayesi üçün çox yaxşı kadrdır. Enerji sektoru Rusiyanın ixracının 60 faizindən çoxunu təşkil edir və bir sıra iri müəssisələr Perm bölgəsində yerləşir. Maksim ölkənin neft nəhəngi olan Lukoyl şirkətində işləyəcək. “Onlar mənə artıq iş təklif edib. Onlar məni gözləyir. Tez-tez zəng vururlar” - deyə, Maksim bildirir.

Lakin buraya xaricdən gələnlər bəziləri də çox razıdır. Hani Məhəmməd Falih: “Burada təhsil və şərait çox yüksək səviyyədədir. Əgər siz Nyu-Yorkla müqayisə etsəniz, orada təhsil çox bahadır və bizim üçün şərait sərtdir.”

Universiteti bitirdikdən sonra Hani İraqa dönməyi planlaşdırır. Lakin o deyir ki, Rusiyada neft sektorunda iş tapsa, burada qala bilər. “Fürsət yaranarsa, məmnuniyyətlə burada işləyərəm.”

Uşaqlar və yeniyetmələr üçün maliyyə haqqında məşhur kitabların müəllifi Eduard Matveyev qloballaşma və internetin gənc rusların fikirlərini formalaşdırdığını deyir. “Düşünürəm ki, bu gün Rusiyadakı gənclər dünyanın heç bir yerindən fərqlənmirlər. Əvvəlki nəsillərdə olduğu kimi, onlar səyahətə vətənə xəyanət kimi baxmır. Bu, dünyanı kəşf etmək üçün normal bir proses hesab edilir. "

Rusiya iqtisadiyyatının gəlirli sektorları istedadlı gəncləri cəlb etməyə çalışdığı bir vaxt, rusiyalı gənclər həm maddi, həm də siyasi səbəblərdən daha yaxşı gələcəyi xaricdə axtarır.

XS
SM
MD
LG